Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib

Bakı, 4 aprel, AZƏRTAC

Aprelin 4-də Bakıda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaratdığını, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələrin strateji səviyyədə olduğunu deyib. Qeyd edib ki, təkcə ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüb. Prezident İlham Əliyev Rusiyaya 3 səfər edib, Rusiya Prezidenti Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ikitərəfli əməkdaşlığın inkişafında önəmli rol oynayır.

Nazir diqqətə çatdırıb ki, dövlət başçılarının ötən il Soçidə keçirilmiş görüşü zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın inkişafı barədə saziş imzalanıb. Ş.Mustafayev bu gün keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından önəmini qeyd edib.

Vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faiz artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür: “Rusiyada Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının səmərəli fəaliyyəti mühüm rol oynayır”.

İqtisadiyyat naziri əlaqələrin inkişafında Bakıda açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin fəaliyyətini, bu ilin martında "Qazprombank"ın Azərbaycana investisiya imkanlarına dair biznes seminar keçirildiyini bildirib.

İnvestisiya qoyuluşu sahəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edən nazir hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 700-dək Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 milyard dollardan çoxdur: “Ölkəmiz Rusiya ilə sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verir. "SOCAR Polymer" layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "Kamaz" və "Ural" zavodları ilə əməkdaşlığı, "Azərmaş" və "QAZ" şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdən sayılır.

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Azərbaycan və ölkəsinin strateji tərəfdaşlar olduğunu, iki ölkə prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

D.Manturov bu gün Rusiya tərəfdən 60-dan çox şirkətin iştirakı ilə keçirilən sənaye əməkdaşlığı forumunun, aparılan müzakirələrin iqtisadi sferada qarşılıqlı faydalı birgə fəaliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə əminliyini bildirib. D.Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı, nəqliyyat və sair sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir.

S.Qurbanov diqqətə çatdırıb ki, Azərbaycan-Rusiya İşguzar Şurasının əsas prioritetlərindən biri Rusiya şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması və istehsal olunacaq məhsulların yerli bazarda satışının və üçüncü ölkələrə ixracının təşkilidir və bu istiqamətdə tədbirlər həyata keçirilir.

Rusiya İxrac Mərkəzinin direktoru Andrey Slepnev iş adamları arasında əlaqələrin genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb. Qeyd edib ki, Rusiya iş adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişafında maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib.

Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə "Rostselmaş" kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Sumqayıt Texnologiyalar Parkı və "Transmaşholdinq" arasında əməkdaşlıq haqqında memorandum, "AzOkso" ilə "ServiceInvest" arasında hasarlama sistemlərinin qurulmasına dair memorandum imzalanıb.

Forum öz işini "Rəqəmsal texnologiyalar", "Neft maşınqayırması" və "Kənd təsərrüfatı maşınqayırması" mövzularında sessiyalarla davam etdirib.

Həmin gün iqtisadiyyat naziri Ş.Mustafayev Rusiyanın sənaye və ticarət naziri D.Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimizin sənaye potensialı, bu sahədə fəaliyyət göstərən müəssisələr arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Ş.Mustafayev Azərbaycanda uğurla həyata keçirilən həyata keçirilən sənayeləşmə siyasəti, ölkəmizin sənaye potensialı, yaradılmış sənaye parkları və məhəllələri, birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.

D.Manturov ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib, Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə maşınqayırma, nəqliyyat, kənd təsərrüfatı texnikası istehsalı, gəmiqayırma, kimya sənayesi və əczaçılıq, aqrar məhsul istehsalı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Azərbaycan sənaye məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi və sair məsələlər müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi də aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib