İQTİSADİYYAT
Bakıda Azərbaycan-Yaponiya biznes əlaqələrinin inkişafı ilə bağlı seminar keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Bakıda Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Yaponiya iqtisadiyyatı və Azərbaycan-Yaponiya ölkələri arasında beynəlxalq biznes əlaqələrin inkişafı və onun həlledici (strateji) istiqamətləri” mövzusunda ASK üzvləri üçün seminar keçirmişdir.
ASK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarın məqsədi Azərbaycan ilə Yaponiya arasında iqtisadi-biznes əlaqələrinin inkişafı, iki ölkənin şirkətləri və sahibkarları arasında qarşılıqlı iqtisadi əlaqələrin yaradılmasıdır.
Seminarda yaponiyalı professor Toşiyuki Yamanaka ölkəsinin iqtisadi inkişafı, dünya bazarında rolundan danışmışdır. Diqqətə çatdırmışdır ki, Yaponiya ümumi daxili məhsulun həcminə görə dünyada Çindən sonra ikinci yerdədir, inflyasiya 0,3 faiz, işsizlik isə 4,7 faiz təşkil edir.