Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda AZƏRTAC-ın xüsusi müxbirinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin ömür yoluna və yaradıcılığına qısa nəzər salıb.

Bildirib ki, Qulu Kəngərli Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asya ölkələrinin mətbuatında fəal çıxış edir. Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Q.Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdi fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edən Qulu Kəngərli həm də yaradıcı bir insandır. Onun zəhməti hesabına Daşkənddə özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 17 kitab işıq üzü görüb. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var.

Qeyd edilib ki, Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, “Şəhidlər-2” bukletlərini hazırlayaraq çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qanlı Yanvar şəhidləri” kitabı işıq üzü görüb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib.

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Q.Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır. Özbəkistan türk dünyasının ən böyük mədəniyyət mərkəzlərindən biridir. Bu mənada, həmin ölkədə Azərbaycanla əlaqələrin genişləndirilməsi çox əhəmiyyətlidir. Daşkənddəki “Johan adabiyyati” jurnalında, digər ədəbi toplu və qəzetlərdə müntəzəm olaraq çıxış edən yazar, iki xalqın mədəniyyətlərinin bir-birinə yaxınlaşmasında mühüm işlər görür. Bu gün təqdim olunan kitablarda ən müxtəlif üslub və dünya görüşlü klassiklərdən modernistlərə qədər bir çox yazarların əsərləri öz əksini tapıb. Əslində, ədəbiyyatı təbliğ etməyin mahiyyəti bundan ibarətdir.

Özbəkistanda Azərbaycan ədəbiyyatına sonsuz maraq olduğunu bildirən Xalq Şairi Sabir Rüstəmxanlı deyib ki, Qulu Kəngərli bu sevgini bir qədər də artıran qələm sahiblərimizdəndir. O, həm də Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin möhkəmlənməsində bir körpü rolunu oynayır.

Tədbirdə AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə bildirib ki, Qulu Kəngərlinin özbək dilində çap etdirdiyi kitablarda janr müxtəlifliyi özünü göstərir. Bu da zövq məsələsidir.

Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında “Sürgün” sənədli filmi çəkilib. Q.Kəngərlinin hələ böyük planları var və inanırıq ki, onun yorulmaz fəaliyyəti nəticəsində özbək oxucuları Azərbaycanı daha yaxından tanıyacaq.

Tədbirdə filologiya elmləri doktoru Almaz Ülvi, şair Akif Azalp, yazıçı-publisist Yunis Oğuz, Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgər, yazıçı-dramaturq Firuz Mustafa, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazıçı Vaqif Sultanlı, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva və özbəkistanlı alim-tədqiqatçı Şöhrət Barlas çıxış edərək təqdim olunan əsərlərin Azərbaycanın tanınması baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Bildirilib ki, Q.Kəngərlinin səyi nəticəsində Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında professor Əli Həsənovun “Geosiyasət" kitabı özbək dilində oxuculara təqdim olunub. Onun təqdimatında Anarın “Mən, sən, o və telefon”, “Qırmızı limuzin”, “XX əsr Azərbaycan poeziyası antologiyası” kitabları, Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər”, “Sultan Alpa Arslan”, İlqar Fəhminin “Aktrisa” romanları Özbəkistanda çap olunub. Həmçinin, Özbəkistandakı səfirliyimizin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Azərbaycan yazıçılarının “Ömürdən uzun gecə” hekayələr toplusu, “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı işıq üzü görüb. Bundan başqa Elçinin “Seçilmiş əsərləri” iki cilddə, Hidayət Orucovun “Dağların mahnısı”, Hüseyn Kürdoğlunun şeirləri, Pərvinin “Qar yağacaq” hekayələr kitabı, Vaqif Sultanlının povest və hekayələr kitabı özbək oxucuları tərəfindən maraqla qarşılanıb.

Sonda Qulu Kəngərli tədbir iştirakçılarına minnətdarlığını bildirib. Vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları özbək dilinə tərcümə olunaraq çap ediləcək. O, bu işlərin həyata keçirilməsində Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin də mühüm rol oynadığını söyləyib.

Bakıda AZƏRTAC-ın xüsusi müxbirinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb