İDMAN
Bakıda badminton üzrə şəhər birinciliyi keçirilmişdir
Bakı, 28 yanvar (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Slavyan Universitetinin (BSU) idman zalında 2000-2001-ci il, 2002-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmələr arasında badminton üzrə şəhər birinciliyi keçirilmişdir.
Baş İdarədən AZƏRTAC-a bildirmişlər ki, idmançılar şəxsi, qoşa və qarışıq yarışlarda qüvvələrini sınamışlar. Qızlar arasında yarışda Nilufər Mehdiyeva, oğlanlar arasında isə Səbuhi Hüseynov birinci yeri tutmuşlar.
Yarışın qalibləri Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.