Bakıda bayram konsertləri keçirilir
Bakı, 31 dekabr, AZƏRTAC
Bu gün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda bayram konsertləri keçirilir.
AZƏRTAC xəbər verir ki, konsert Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə paytaxtın mərkəzindəki üç yerdə - Fəvvarələr bağında (“McDonald's”ın qarşısı), Xaqani bağında və Natəvanın heykəlinin qarşısında baş tutur.
Muğam - trio, skripka - trio, caz musiqisinin müşayiəti ilə keçirilən konsert proqramlarını şəhər sakinləri və qonaqlar maraqla izləyirlər.