Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ev sahibliyi ilə keçirilən Forumda Türkiyə, Qazaxıstan, Qırğızıstandan nümayəndə heyətləri, eləcə də Makedoniya Respublikasından və İraqdan təmsilçilər iştirak ediblər.

Forumdan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbir iştirakçıları ilə görüşərək AHİK-in yaranma tarixi, gördüyü işlər və hədəfləri haqqında ətraflı məlumat verib.

Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk üzv qurumlar arasındakı mövcud əlaqələrdən, atılacaq addımlardan, qabaqcıl təcrübənin yayılmasının önəmindən danışıb. O deyib ki, üzvlərin sayının çoxluğu həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsində, uğurlu inkişafında, beynəlxalq arenada fəaliyyətinin səmərəliliyində vacib rol oynayır.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edib. Konfederasiya sədri bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman xüsusi diqqət verib. Təşkilat 1992-ci ildə Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2009-cu ildə isə Təhsil və Həmrəylik Şəbəkəsinə üzv qəbul edilib.

Səttar Mehbalıyev vurğulayıb ki, bu birlikdə təmsil olunmaq və burada təmsil olunan ölkələrlə əlaqələri genişləndirmək böyük önəm kəsb edir. “Bunun başlıca səbəblərindən biri budur ki, biz qardaş ölkələrin təmsilçiləriyik. Eyni kökə, eyni dilə, eyni dinə, eyni mədəniyyətə mənsub olmağımız bizi birləşdirən ən böyük dəyərlərdəndir. Sevindirici haldır ki, ölkələrimiz arasında bu dəyərlərə söykənən çox yaxın münasibətlər var. Bu baxımdan qurumda təmsil olunan Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri digər türkdilli respublikalara da örnək olmalıdır. Bu gün bu iki ölkə arasındakı münasibətlər Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söyləmiş olduğu “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söyləmiş olduğu “Biz bir millət, iki dövlətik” kəlamlarına əsaslanır”, - deyə AHİK sədri bildirib.

Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu xatırladan S.Mehbalıyev deyib: “Bu, belə də olmalıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq. Bu gün biz iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk”.

“Ölkələrimizin üzləşdiyi elə problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq. Bilirsiniz ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan torpaqlarının heç bir şərt qoyulmadan işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi uzun illərdir ki, yerinə yetirilmir. Əslində Azərbaycanla Ermənistanın hərbi gücü müqayisə olunacaq səviyyədə deyil. Aprel ayının əvvəlində bu, bir daha sübut olundu. Azərbaycanın bu gün təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur və Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində işğal altındakı torpaqlarını azad etmək iqtidarındadır. Lakin dünya dövlətlərinin bu məsələyə ikili standartdan yanaşması bizi münaqişəni hərb yolu ilə həll etməkdən çəkindirir.

Bu gün Asiyadan Avropaya qədər böyük bir ərazini əhatə edən türkdilli dövlətlər var və bu birlik kimsənin gücü yetməyəcək bir səviyyədədir. Bu birlik sayəsində bütün türkdilli dövlətlərin problemləri həll edilmiş olar, bütün dünya bizim haqq səsimizə dəstək vermək məcburiyyətində qalar. Bizim ədalətli olduğumuza dəstək üçün isə hər birimiz, istər dövlət məmuru, istər siyasətçi, istər sadə vətəndaş, istər həmkarlar ittifaqı, hər kəs öz töhfəsini verməlidir”, - deyə Konfederasiya sədri qeyd edib.

S.Mehbalıyev çıxışının sonunda deyib ki, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi də türk qardaşlığının bir nümunəsidir.

Forumda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv təşkilatlar arasında münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, eyni zamanda, üzv təşkilatlar arasında deklarasiya imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib