CƏMİYYƏT
Bakıda Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunan Gənclər Forumu keçiriləcək
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 27-də Bakı Gənclər Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunan Gənclər Forumu keçiriləcək.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, innovativ biznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyəti olan 16-29 yaş kateqoriyasında gənclər və sahibkarlar foruma dəvət edilir.
Tədbir çərçivəsində gənc sahibkarlar üçün mövcud dövlət dəstəyi mexanizmləri, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün məlumatlandırma sessiyalarının təşkili də nəzərdə tutulur.