Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı keçirilir VİDEO

Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 5-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Madrid Klubunun və İsgəndəriyyə Kitabxanasının birgə təşkilatçılığı ilə beynəlxalq toplantı işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, Latviya, Finlandiya, Niderland, Mavritaniya və digər ölkələrin keçmiş dövlət və hökumət başçılarının, həmçinin bir sıra nüfuzlu beynəlxalq qurumların rəhbərlərinin iştirakı ilə keçirilən Yüksək Səviyyədə Görüşün məqsədi “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıqdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirin açılış mərasimində çıxış edərək cari ilin mayında Bakıda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətini və onun ölkəmizdə təşkil olunan tədbirlər arasında özünəməxsus yerini qeyd etmişdir.

Tədbirinin əhəmiyyətindən söz açan N.İbrahimov demişdir ki, müxtəlif ölkələrin müəyyən təcrübəyə malik keçmiş dövlət və hökumət başçılarının iştirak etdikləri bu görüş beynəlxalq aləmdə böyük marağa səbəb olmuşdur. Toplantının məqsədi gələn il Bakıda keçiriləcək ikinci Cənubi Qafqaz Forumuna hazırlıq, gələcək fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirilməsidir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın dünyada daha da yaxından tanınmasına kömək etdiyini söyləyən komitə sədri gələn il forumun “Cənubi Qafqaz Forumu” deyil, “Açıq Cəmiyyət Forumu” adı altında keçiriləcəyini də diqqətə çatdırmışdır.

N.İbrahimov vurğulamışdır ki, bu gün Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Bu da təbiidir. Çünki tolerantlıq və qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Ölkəmizdə yaşayan bütün xalqlar, onların hamısı etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqlardan istifadə edir, bir ailə kimi yaşayırlar. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülhün və əmin-amanlığın, dostluq, qardaşlıq və əməkdaşlığın bərqərar olması dövlətimiz tərəfindən düzgün müəyyən edilmiş milli-dini siyasətin kompleks şəkildə həyata keçirilməsinin nəticəsidir. Hazırda Azərbaycan başqa sahələrdə olduğu kimi, tolerantlıq baxımından da bir sıra ölkələr üçün çox yaxşı nümunədir.

Qeyd olunmuşdur ki, bu gün dünyada qlobal problemlərlə məşğul olan təşkilatların Bakını özlərinə mərkəz seçməsi heç də təsadüfi deyildir. Son illər respublikamızda baş verən sürətli inkişaf prosesi Azərbaycanı maraqlı və cəlbedici ölkəyə çevirmişdir.

N.İbrahimov Bakının beynəlxalq mərkəzə çevriləcəyinə inamını ifadə etmiş, toplantı iştirakçılarına uğurlar arzulamışdır.

Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun üzvü xanım Vayra Vike-Frayberqa hər bir ölkənin, müxtəlif dinlərə, icmalara mənsub insanların özünəməxsus xüsusiyyətlərinin olduğunu vurğulamış, bu məsələdə immiqrasiya proseslərinin rolunu xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu proseslər cəmiyyətlərin çoxdinli, çoxmədəniyyətli olmasına şərait yaratmışdır. Cəmiyyətlərin inteqrasiyasında iqtisadiyyatın, xüsusən də ticarətin tarixi rolunu diqqətə çatdıran sabiq Prezident hər bir dövlətin siyasi liderinin doğru qərar qəbul etməklə inteqrasiyanı düzgün istiqamətləndirə biləcəyini vurğulamışdır.

Bildirilmişdir ki, iqtisadi inkişaf cəmiyyətin paylanmasına kömək edir. Siyasi plüralizmin mövcudluğu müasir cəmiyyətimizdə əhəmiyyətli amillərdən biridir. Bu baxımdan hər bir dövlət üçün seçki sisteminin təkmilləşdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə hökumətin üzərinə düşən məsuliyyət milli səyləri dəstəkləməkdən ibarətdir. Strategiyanın hər hansı bir təhlükənin qarşısını almaq üçün müzakirələrin aparılmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran V.Freyberga sülh, təhlükəsizlik və sabitliyin dövlət başçıları tərəfindən təmin edilməsinin vacibliyini də vurğulamışdır.

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin toplantının maraqlı keçəcəyinə, faydalı müzakirələrin aparılacağına əminliyini bildirərək demişdir ki, tədbirdə sabiq dövlət və hökumət başçılarının iştirakı bu görüşün əhəmiyyətini daha da artırır. Bu gün qloballaşan dünyada insanlar öz aralarında olan mədəniyyət fərqlərinə, gender bərabərliyinə, gələcəkdə davamlı cəmiyyətin formalaşdırılmasına dair məsələləri müzakirə edirlər. İnanıram ki, ənənəvi forumların keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcəkdir.

İ.Serageldin tədbirin keçirilməsinə yaradılan şəraitə görə iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Finlandiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi idarə heyətinin və Madrid Klubunun üzvü xanım Tarya Halonen Azərbaycana yenidən səfər etməkdən məmnunluğunu bildirmiş, ölkəmizdə güclü inkişafın şahidi olduğunu vurğulamışdır. Azərbaycanın maraqlı ölkə olduğunu söyləyən Tarya Halonen qeyd etmişdir ki, ölkədəki iqtisadi artım inkişaf üçün bir çox imkanlar yaradır.

Finlandiyalı qonaq dayanıqlı inkişafın aspektlərindən, ekoloji təsirin azaldılması istiqamətində görülən vacib işlərdən, alternativ və bərpa olunan enerji mənbələrindən, insan kapitalından, xüsusən də gənclərin potensialından geniş istifadə edilməsinin vacibliyindən danışmışdır.

Niderland Krallığının sabiq Baş naziri, Madrid Klubunun prezidenti Vim Kok yenidən Bakıda toplaşdıqları üçün məmnunluğunu bildirmiş, dörd ay əvvəl Azərbaycanda keçirilmiş Birinci Cənubi Qafqaz Forumunun əhəmiyyətindən, uğurlu nəticələrindən söz açmışdır. V.Kok növbəti foruma hazırlıq məqsədi daşıyan bu tədbir çərçivəsində aparılacaq müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini, müasir dünyada bu mövzuların aktuallığını və vacibliyini vurğulamışdır.

Dialoq, müzakirə və debatların keçirilməsi baxımından forumların əhəmiyyətinə toxunan Niderland Krallığının sabiq Baş naziri Bakıda təşkil edilən belə mötəbər tədbirlərdə müxtəlif dövlətlərin sabiq prezidentlərinin, baş nazirlərinin iştirakının Azərbaycanın həm də həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə olacağını vurğulamışdır.

Sonra toplantı işini “Qadınlar və birgə cəmiyyətlər”, “Dini azlıqlar və birgə cəmiyyətlər”, “Cənubi Qafqazda münaqişələrin həlli” mövzularında sessiyalarla davam etdirmişdir.

Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə keçirilən beynəlxalq toplantı sentyabrın 6-da başa çatacaqdır.

 

Bakıda “Birgə Cəmiyyətlər-2014” Forumuna hazırlıq məqsədi ilə beynəlxalq toplantı keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb