Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Böyük Qələbənin yubileyi: nəsildən-nəslə keçən canlı yaddaş” mövzusunda Beynəlxalq konfrans keçirilib VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Bakı Slavyan Universitetində “Böyük Qələbənin yubileyi: nəsildən-nəslə keçən canlı yaddaş” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfrans MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunub.

Konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, xarici qonaqlar, Böyük Vətən müharibəsi veteranları iştirak ediblər.

Beynəlxalq konfrans Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Asif Hacıyev konfrans iştirakçılarını salamlayıb.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxışında deyib: “Qələbə Günü bayramı keçmiş Sovet İttifaqının müttəfiq respublikaları üçün xüsusi məna kəsb edir. Onların vətəndaşları faşist qoşunlarının həmləsinə şərəflə sinə gərib, mərdlik və qəhrəmanlıq nümayiş etdirərək bəşəriyyəti XX əsrin qəhvəyi taunundan xilas ediblər.

Ə.Mehdiyev qeyd edib ki, Böyük Vətən müharibəsində Qələbə bizim ümumi sərvətimizdir.

Bəşəriyyətin tarixində bu ən qorxunc müharibədə Azərbaycan xalqı başqa xalqların nümayəndələri ilə çiyin-çiyinə döyüşüb və o vaxt ümumi olan ölkəmizin ərazisinin hər bir qarışını müdafiə edib. O ağır illərdə 700 min həmvətənimiz cəbhəyə yollanıb. Onların yarısı müharibədən qayıtmayıb.

Təxminən 130 həmvətənimiz göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O illərdə Azərbaycanda 130 addan çox silah və döyüş sursatı istehsal edilib. Cəbhəni neft və neft məhsulları ilə məhz Azərbaycan təchiz edib.

Vurğulanıb ki, Azərbaycan xalqı müharibədə canlarından keçmiş qəhrəmanların xatirəsinə ehtiramla yanaşır.

Ə.Mehdiyev təəssüf hissi ilə bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda Böyük Vətən müharibəsinə olduqca ziddiyyətli qiymətlər verilib, bu parlaq səhifələri tariximizdən silməyə cəhdlər göstərilib.

Ə.Mehdiyev deyib: “Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra ölkədə Qələbə gününə və veteranlara münasibət yaxşılığa doğru dəyişdi”.

O, tədbir iştirakçılarına Heydər Əliyevin bu sözlərini xatırladıb: “1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik”.

Bildirilib ki, Azərbaycan rəhbərliyi bu gün Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı göstərməyə davam edir. Hər il Azərbaycanda Qələbə Günü təntənə ilə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyev veteranlarla şəxsən görüşür, onları təbrik edir.

Ə.Mehdiyev bildirib ki, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ərəfəsində ölkədə müvafiq tədbirlər keçirilir.

Ə.Mehdiyev deyib: “Bu ilin fevralında Azərbaycan Prezidentinin sərəncamı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib. Dövlətimizin başçısı həm də Böyük Vətən müharibəsinin Azərbaycandan olan iştirakçılarının “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb”.

Ölkədə veteranların sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər kompleksi həyata keçirilir, o cümlədən onlara avtomobillər verilir, Prezident təqaüdləri təyin edilir, maddi yardımlar edilir və s.

Biz heç nəyə baxmayaraq çox ağır sınaqlara davam gətirdik, müharibənin çətin yolunu şərəflə keçdik, ruh yüksəkliyi və qəhrəmanlıq nümayiş etdirdik. O çətin illərdə heç kəs heç kəsi özününkülərə və yadlara bölmürdü, SSRİ xalqları bir-birinə kömək edərək müharibə yollarını vahid sırada birləşərək keçdi.

Ə.Mehdiyev deyib: “Bəs bu gün nə müşahidə edirik? Faşist işğalçılarına qarşı fədakarcasına, keçmiş sovet respublikalarının başqa xalqları ilə çiyin-çiyinə döyüşmüş Azərbaycan xalqı respublikamızın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan tərəfindən açıq hərbi təcavüzə məruz qalıb. Təəssüf ki, bu işğal nəticəsində zərər çəkmiş və həlak olmuş dinc sakinlər arasında veteranlar da var”.

Ə.Mehdiyev qeyd edib ki, bir çox Böyük Vətən müharibəsi veteranı erməni işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən çoxdur ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdür. Bu gün biz işğala son qoyulması və münaqişənin ədalətli yolla tənzimlənməsi məsələsində MDB ölkələrinin bizi düzgün başa düşəcəklərinə və dəstəkləyəcəklərinə ümid edirik.

O deyib: “Yəni, doğrudanmı Ermənistan Böyük Vətən müharibəsindən ibrət dərsi almayıb? Yəni, doğrudanmı o, Böyük Vətən müharibəsində Qələbənin bütün bəşəriyyət üçün əhəmiyyətini anlamayıb? Əslində orada faşizm ideologiyasını reanimasiya edirlər. Milli üstünlük nəzəriyyəsi faşizm ideologiyasını dirçəldir”.

Ərəstun Mehdiyev xalqların yaxınlaşması məqsədinə xidmət edən bugünkü beynəlxalq konfrans kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. O xatırladıb ki, son vaxtlar Böyük Vətən müharibəsinin yekunlarını təftiş etmək cəhdləri göstərilir, faşizm üzərində qələbədə Sovet İttifaqının rolu inkar edilir.

Ərəstun Mehdiyev deyib: “Biz həm də keçmiş müttəfiq respublikalarda, o cümlədən Ermənistanda Qaregin Njde, Dro və başqa nasist canilərin və onların əlaltılarının qəhrəman kimi qələmə verilməsinin əleyhinə çıxış edirik. Onların ətrafında qəhrəman oreolu yaratmaq üçün son illərdə, təəssüf ki, Rusiyanın resurs və məkanından da qismən istifadə edilir”.

Konfransda Rusiya Federasiya Şurasının sosial siyasət komitəsi sədrinin müavini Lyudmila Kozlova, Belarus Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç, Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi İqor Barinov, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Beynəlxalq jurnalistika və araşdırmalar mərkəzinin rəhbəri Veronika Kraşennikova çıxış ediblər.

Bakı Veteranlar Şurası sədrinin müavini, istefada olan birinci dərəcəli kapitan, hərbi jurnalist, Böyük Vətən müharibəsi haqqında 70-dən çox kitabın müəllifi Aleksandr Qritçenko Azərbaycanın Böyük Vətən müharibəsində iştirakı və rolu barədə danışıb. O, veteranların Böyük Qələbənin 70 illik bayramına hazırlıqla əlaqədar apardıqları iş üzərində də dayanıb. A.Qritçenko xüsusi vurğulayıb ki, Azərbaycanda Böyük Vətən müharibəsinin tarixi heç vaxt saxtalaşdırılmayıb.

Veteran deyib: “Ümummilli lider Heydər Əliyev veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşırdı. Prezident İlham Əliyev hər il Qələbə bayramı günündə veteranlarla görüşür, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə veteranlarla birlikdə gül-çiçək qoyur”.

Konfransda Qırğızıstan Perspektivli Araşdırmalar Mərkəzinin prezidenti, fəlsəfə elmləri doktoru Sergey Masaulov, Tacikistan Elmlər Akademiyası Tarix İnstitutunun Ən yeni tarix şöbəsinin müdiri Abdullo Qafurov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun Müasir tarix və beynəlxalq araşdırmalar şöbəsi müdirinin müavini Ravşan Nəzərov, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları Cəbi Bəhramov, İradə Bağırova, İlqar Niftəliyev, Azərbaycan Milli Məclisinin deputatları, habelə Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Özbəkistan və Qırğızıstanın digər nümayəndələri, tarixçilər, politoloqlar və jurnalistlər də iştirak ediblər.

Konfransın iki plenar sessiyasında “Böyük Vətən müharibəsində Qələbə bizim ümumi sərvətimizdir”, “Böyük Vətən müharibəsi insanların taleyində”, “Biz hamımız Böyük Vətən müharibəsində Qələbənin varisləriyik”, “Azərbaycan qəhrəmanları 1941-1945-ci illərin Böyük Vətən müharibəsində”, “Azərbaycan qadınları. Böyük Vətən müharibəsində Qələbəyə onların töhfəsi”, “Neft hasil edən mərkəz kimi Bakının nasizmə qarşı mübarizədə rolu” mövzularında məruzələr dinlənilib.

Fasilədən sonra konfrans öz işini seksiya iclaslarında davam etdirib.

Bakıda “Böyük Qələbənin yubileyi: nəsildən-nəslə keçən canlı yaddaş” mövzusunda Beynəlxalq konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür