Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşdırılmasında NATO-nun rolu” mövzusunda konfrans keçirilmişdir

Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və NATO-nun ölkəmizdəki əlaqələndirici səfirliyinin təşkilatçılığı ilə “Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşdırılmasında NATO-nun rolu” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfransın “NATO-Azərbaycan: gələcək əməkdaşlığa doğru” panelində Cənubi Qafqaz ölkələrinin NATO missiyasına töhfələri, ümumi təhlükəsizlik maraqları, müdafiə əlaqəli məsələlər üzrə əməkdaşlıq mövzularına geniş şəkildə toxunulmuşdur. Həmçinin Azərbaycanın regionda yürütdüyü xarici siyasətin möhkəmləndirilməsində beynəlxalq təşkilatların rolu,

NATO-nun regiondakı ölkələrlə münasibətlərinin perspektivləri məsələləri də müzakirə edilmişdir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov NATO-Azərbaycan əməkdaşlığının zəngin tarixə malik olduğunu qeyd etmişdir. E.Aslanov Azərbaycanın sülhməramlı hərbi kontingentinin Əfqanıstanda həyata keçirilən NATO missiyalarında fəal iştirak etdiyini bildirmişdir.

Azərbaycan ilə NATO arasında parlamentlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan E.Aslanov ölkəmizin bu qurum ilə hərbi sahədə islahatların aparılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.

Bu cür mötəbər tədbirlərin keçirilməsinin NATO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinə dəstək verdiyini vurğulayan E.Aslanov Azərbaycanın terrordan əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Aslanov məsələnin hələ də həll olunmamasının səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqeyini göstərmişdir.

E.Aslanov qeyd etmişdir ki, dünya ictimaiyyətinin münaqişənin həlli məsələsində qeyri-fəal mövqe tutması da bir sıra maneələr yaratmaqdadır. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun ümumi inkişafına mənfi təsir göstərməkdədir. E.Aslanov bölgədə real inkişafın təminatı üçün sülh və təhlükəsizliyin bərqərar olunmasının zəruriliyini vurğulamışdır.

Daha sonra çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində ölkənin regional inkişaf proqramlarından təcrid olduğunu qeyd etmişdir.

Türkiyənin münaqişənin ilk illərində onun həll edilməsi istiqamətində müəyyən addımlar atdığını diqqətə çatdıran H.Çətin Ermənistanda sahibkarlığın zəif inkişaf etdiyini, xarici investorların ölkəyə maraq göstərmədiklərini bildirmişdir. Sabiq diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin Ermənistan üçün yeni fürsətlər yaradacağını, regionun bütövlükdə inkişafını təmin edəcəyini bildirmişdir.

H.Çətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin soyuq müharibə başa çatandan sonra regionda yaranmış ən ciddi problemlərdən biri olduğunu qeyd etmişdir. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan H.Çətin münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasının əhəmiyyətini qeyd etmişdir.

NATO ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu hərbi əməkdaşlığın artırılması üçün bir sıra yeni layihələrin nəzərdə tutulduğunu qeyd etmişdir. Rumıniyalı səfir NATO-nun hərbi sahədə öz layihələri ilə Azərbaycana gələcəkdə də dəstək verəcəyini vurğulamışdır.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da artdığını bildirən diplomat Alyansın ölkəmizdə silahlı qüvvələrin müasirləşdirilməsi, mina təmizləmə məsələlərində yardım göstərdiyini diqqətə çatdırmışdır. Səfir qeyd etmişdir ki, NATO enerji təhlükəsizliyi sahəsində də Azərbaycana dəstək verməkdədir.

SAM-ın direktoru Fərhad Məmmədov Azərbaycanın 1994-cü ildən NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini, sonrakı dövrlərdə rəsmi Bakının Alyansın bir sıra proqramlarına qoşulduğunu xatırlatmışdır. SAM-ın direktoru qeyd etmişdir ki, bu gün Azərbaycan NATO-nun sülhməramlı əməliyyatlarına mühüm töhfə verir. Ölkə Əfqanıstana yönəlmiş hərbi yardımlarda fəal iştirak edir. Əfqanıstana tranzit yüklərinin çatdırılmasının 30 faizini məhz Azərbaycan təşkil edir.

NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin Avratlantik inteqrasiya və təhlükəsizlik bölməsinin məsul əməkdaşı Stefan Elqerzma tədbirə video-konfrans vasitəsilə qoşulmuşdur.

Azərbaycanın NATO-nun Əfqanıstandakı kontingenti üçün mühüm tranzit ölkə olduğunu bildirən S.Elqerzma bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulamışdır. 2014-cü ildən sonra Əfqanıstanda fəaliyyətlərin hansı istiqamətdə olacağı ətrafında keçiriləcək müzakirələrdə Azərbaycanın da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.

S.Elqerzma Azərbaycanın NATO ilə kiber təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə məsələlərində fəal əməkdaşlıq etdiyini bildirmişdir.

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim ölkəmizin Alyans çərçivəsində mühüm infrastruktura rəhbərlik etdiyini bildirmişdir.

Tədbirin “Uzunmüddətli regional münaqişələr: Azərbaycanın gözləntiləri və perspektivləri” adlı 2-ci hissəsində məsələ ilə bağlı ABŞ və Avropa İttifaqının yanaşmaları təhlil olunmuşdur.

Daha sonra konfrans müzakirələrlə davam etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar