ELM VƏ TƏHSİL
Bakıda “Coğrafi imla” tədbiri keçiriləcək
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də yerli vaxtla saat 12:00-da Bakıda “Coğrafi imla” tədbiri keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən həmin cəmiyyətin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən “Coğrafi imla” məşğələləri 2015-ci ildən etibarən hər il təşkil olunur. İmlanın birinci hissəsi coğrafiyaya dair ümumi faktlar barədə baza səviyyəli 10 sualdan ibarətdir.
İmlanın ikinci hissəsi sistemli məntiqi təfəkkür və erudisiya tətbiqini tələb edən 30 sualdan ibarətdir.
Bakıda “Coğrafi imla” məkanı Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında təşkil edilib (Üzeyir Hacıbəyli küçəsi, 68).
İmlada iştirak etmək üçün oktyabrın 24-dək aşağıdakı link vasitəsilə xüsusi formanı doldurub qeydiyyatdan keçmək lazımdır:
“Coğrafi imla” məkanına giriş siyahı üzrə olacaq.
İmlada iştirak könüllü və pulsuzdur.
Daha ətraflı məlumat almaq üçün bu sayta müraciət edin: http://dictant.rgo.ru