Bakıda daha 2 narkokuryer saxlanılıb
Bakı, 29 avqust, AZƏRTAC
Polis əməkdaşları tərəfindən paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin əməliyyat tədbirləri zamanı 20 yaşlı H.Əliyev Nəsimi, 45 yaşlı V. Mirzəyev isə Sabunçu rayonu ərazisində saxlanılıblar. Onlardan 2 kiloqramdan artıq marixuana, heroin və psixotrop maddə - metamfetamin aşkarlanıb.
Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları üçün araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:47]
Asan yol, yoxsa sağlamlıq riski? VİDEO
- 17.11.2026 [18:31]
İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib
- 17.11.2026 [18:19]