İQTİSADİYYAT
Bakıda daha bir park kompleksi istifadəyə veriləcəkdir VIDEO
Bakı, 29 aprel (AZƏRTAC). Yaxın günlərdə Paytaxtın ən böyük park kompleksi şəhər sakinlərinin istifadəsinə veriləcəkdir.
Heydər Əliyev Sarayı ilə Füzuli meydanını birləşdirən parkdakı işlərin böyük hissəsi artıq başa çatmaq üzrədir. Ərazisi 7 hektar olan parkın yaşıllaşdırma işlərinin 90 faizi icra olunmuş, ən müasir tələblərə cavab verən 5 fəvvarədə isə tamamlama işləri aparılır. Parkın işıqlandırılması üçün burada yeni yarımstansiya quraşdırılmışdır. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kafelərin dizaynı yeni parka xüsusi gözəllik verir.
Qey edək ki, park yeraltı dayanacağının üzərində inşa olunmuşdur. Bu isə o deməkdir ki, park və ya ona yaxın ərazilərə öz avtomobili ilə gələn sürücülər parklama problemi yaşamayacaqdır. Bir sözlə yeni park Bakı şəhərinin simasını dəyişməklə yanaşı paytaxt sakinlərinin ən sevimli istirahət məkanına çevriləcəkdir.