Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq seminar keçirilib

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov bildirib ki, Prezident İlham Əliyevin mükəmməl dövlətçilik siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı Azərbaycanın geniş geosiyasi məkanda multikultural, sülh, tərəqqi, sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanması bir daha təsdiqləyir.

Tahir Budaqov Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi etdiyini vurğulayaraq, Bakıda idmançılarımızın qalibiyyəti ilə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının idmanın geniş təbliğində, eyni zamanda, tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafında tarix yazdığını diqqətə çatdırıb.

Komitə sədri dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. O, dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirib ki, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir və Dayanıqlı İnkişaf Məqsədlərinə nailolma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyub.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığının təmin edilməsi məqsədilə ciddi addımların atıldığını deyib. Bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlər görüb və qarşıda hələ də bir çox mühüm vəzifələr dayanır.

Əli Əhmədov deyib: “Bu gün BMT-nin qarşısında duran ən əsas məsələlərdən biri 2030-cu ilə qədər dünyamızın bütün simasının dəyişməsinə hədəflənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsidir. Azərbaycan bu vəzifələrə qoşulub. Güman edirəm ki, bütövlükdə dünya bu möhtəşəm proqramın həyata keçirilməsi sayəsində 15 il ərzində ciddi şəkildə iqtisadi, siyasi və insan üçün ən mühüm önəm kəsb edən ətraf mühitin dəyişdirilməsi sahəsində əhəmiyyətli yeniləşmə mərhələsinə qoşulacaq. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri proqramından əvvəl qəbul olunmuş Minilliyin İnkişaf Proqramının həyata keçirilməsi çərçivəsində böyük nailiyyətlər qazana bilib”.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, Azərbaycan son 10-15 il ərzində öz iqtisadiyyatını 3,5 dəfədən çox artırıb. Minilliyin İnkişaf Proqramı çərçivəsində iqtisadi inkişaf baxımından ən möhtəşəm nailiyyətlər əldə edən ölkələrdən biri məhz Azərbaycandır. İqtisadiyyatımızın bu inkişafı, artımı Azərbaycanın sosial proqramlarının həyata keçirilməsi üçün yeni və əsaslı imkanlar yaradıb. Bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5-6 faiz civarına qədər düşüb. Qısa müddətdə Azərbaycanda yoxsulluq səviyyəsi təxminən 9 dəfəyə qədər aşağı endirilib. Həmin insanların işlə təmin olunması sahəsində ölkəmizdə mühüm addımlar atılıb. Təxminən 10 il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yeri yaradılıb. Bütün bunların sayəsində təbii ki, Azərbaycan əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilməkdədir: “Azərbaycan ixrac edən ölkələrdən biridir. Eyni zamanda, biz bu gün islahatlar apararkən Azərbaycan iqtisadiyyatının və insanlarımızın həyat səviyyəsinin neftdən asılılığının əhəmiyyətli dərəcədə azaldılması kimi çox vacib bir hədəfi öz qarşımıza qoymuşuq. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sferalarının yaradılması, tükənməyən resursların axtarılması, tapılması əsasında Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi bu gün ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar konsepsiyasının əsas dayaq sütunlarını təşkil edir. İnanırıq ki, 2030-cu ilədək dünyamızın simasının və bütövlükdə həyat tərzinin dəyişdirilməsini nəzərdə tutan BMT proqramının həyata keçirilməsi sayəsində Azərbaycan öz iqtisadi və sosial həyatında yeni bir pilləyə yüksəlmək vəzifəsinin öhdəsindən də uğurla gələcək”.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar bu tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyası məsələlərinə həsr olunduğunu qeyd edib. Bildirib ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanmasında milli statistika sistemlərinin yüksək rolu var və həmin məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadə edilməsini zəruri edir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin müəyyən edilməsi, həmçinin milli səviyyədə sənədin təbliği olduqca vacibdir. Dayanıqlı İnkişaf Məqsədləri fərqli qurumlar - dövlət orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq baxımından çox səmərəli platformadır.

Tədbirin altı sessiyasında mövcud vəziyyət - qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə milli göstəricilər sistemi, cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab, statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələr mövzuları üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları olub.

Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO