Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin və müvafiq dövlət qurumlarının nümayəndələri, dini icma sədrləri, elm və din xadimləri, alimlər, ilahiyyatçılar və gənclər iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarına konfransın mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi bu sahədə aidiyyəti dövlət qurumları, elm və təhsil müəssisələri, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq qurur, dini maarifləndirmə tədbirlərinə xüsusi önəm verir.

Mərasimlərin insanların inanc və mədəniyyətinin simvolik ifadəsi olduğunu vurğulayan Dövlət Komitəsinin sədri onların tarixi kökləri olmaqla yanaşı, müəyyən dəyişikliyə məruz qaldıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, bu mərasimlər müxtəlif mədəniyyətlərdə məzmunca bənzər, lakin formaca müxtəlif şəkillərdə icra edilir.

Mübariz Qurbanlı qeyd edib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən məlumatsızlıq, xüsusilə dini savadsızlıqdan irəli gəlir. Dövlət Komitəsinin sədri dini mərasimlərin israfçılıqdan uzaq, mümkün qədər dinin əsas mənbələrinə uyğun, eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməsinin önəmini vurğulayıb. Onun sözlərinə görə, bu mərasimlərdə vətəndaşların heç bir hüquqi məsuliyyəti yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. Komitə sədri bu cür halların qarşısının alınmasında maarifləndirmə işinin daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Mərasimlər: tarix, reallıq və din” mövzusunda çıxış edib. Bildirib ki, bəşəriyyətin tarixinə nəzər salsaq, mərasim və ayinsiz bir cəmiyyətə rast gəlinmir. Mərasimlər hisslərimizin təzahürləridir. Onun sözlərinə görə, mərasimsiz heç bir din mövcud olmayıb. Hansısa cəmiyyət yeni dini qəbul etdik də belə, o cəmiyyətin keçmiş adət-ənənələri silinib getmir. A.Şirinov vurğulayıb ki, sosioloqlar ictimai baxımdan mərasimlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirlər.

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov çıxışında bildirib ki, Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı, qanunlarla da tənzimləmək zəruridir. “Mərasimlər elə qaydada olmalıdır ki, bir-birindən fərqlənməsin, uyğunluq təşkil etsin, israfçılığa yol verilməsin”,- deyə deputat vurğulayıb. Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə mühüm addımlar atır. Artıq bəzi bölgələrimizdə dini mərasimlər sadələşdirilmiş formada keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa yol verilir. “Cəmiyyəti inandırmalıyıq ki, mərasimlərdə israfçılığa yol vermək lazım deyil, dində də belə bir şey yoxdur. Elə etməliyik ki, insanlar mərasimdən sonra uzun müddət maddi çətinlik çəkməsinlər”,- deyə Milli Məclisin komitə sədri bildirib.

Məzarlıqlar haqqında da danışan Siyavuş Novruzov diqqətə çatdırıb ki, nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı hazırlanan yeni qanun layihəsinin qəbul edilməsindən sonra, kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada dəfn edilməsi təmin olunacaq.

Dini mərasimlərin siyasi-hüquqi tərəfinə toxunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri dünyəvi prinsiplər əsasında qurulub. Dini mənsubiyyətindən asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında hər kəs üçün azad və bərabər şərait yaradılıb. Amma bu o demək deyil ki, dini mərasimlərin keçirilməsi zamanı hüquqi qaydalara, ictimai normalara riayət olunmalıdır. Ona görə də dini mərasimlər ictimai asayişi pozmadan icra olunmalıdır. Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilməməlidir.

A.Əlizadə əlavə edib ki, xarici dairələr tərəfindən idarə olunan və İslam adı altında hərəkət edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə çeviriblər. Dini mərasimləri yerinə yetirərkən ifrat hərəkətlərə və xurafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər, mənfi hallar inzibati yollarla deyil, daha çox müntəzəm maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə aradan qaldırılmalıdır. O qeyd edib ki, dini mərasimlər qrup halında, kütləvi şəkildə icra olunur və kütlələr üzərində böyük psixoloji təsir qüvvəsinə malikdir.

Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev maarifləndirmə tədbirlərinin israfçılığa, xurafata, eləcə də mövhumatçılığa qarşı mübarizədə əvəzsiz rolundan bəhs edib. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə həm paytaxtda, həm də regionlarda keçirilən tədbirlərin önəminə toxunub.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov və şərqşünas alim Nəriman Qasımoğlu mövzu ilə bağlı ətraflı çıxış ediblər.

Konfrans müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib