BAKIDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGM) Türkiyənin ölkəmizdəki səfirliyi ilə birlikdə 1918-ci ildə Bakının erməni işğalından azad olunması gününə həsr edilmiş tədbirlər planına uyğun olaraq sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında elmi-praktik konfrans keçirəcəklər. Konfransda Azərbaycan və Türkiyə tədqiqatçı-alimlərinin məruzələri dinləniləcəkdir.