Bakıda fəhlə faciəli şəkildə ölüb
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [16:41]
Doqquz ayda ölkədə 75 üçəm doğulub
- 20.11.2026 [16:39]
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 20.11.2026 [16:33]
Bu il nikaha daxil olanların və boşananların sayı açıqlanıb
- 20.11.2026 [16:32]
Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib VİDEO
- 20.11.2026 [15:48]