MƏDƏNİYYƏT
Bakıda görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsi anılacaq
Bakı, 5 iyun, AZƏRTAC
İyulun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə həsr edilmiş musiqili gecə keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi Elşad Bağırov və Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutacaq konserti Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.
Konsertdə bəstəkarın fortepiano və orkestr üçün nota aldığı iki nömrəli süitası və iki nömrəli konserti də səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]