Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib

Bakı, 22 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

İyunun 22-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan konfransda Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri, eləcə də gənclər iştirak ediblər.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək konfransın gənclər arasında hərbi vətənpərvərliyin təbliği baxımından önəmini vurğulayıb. Sədr müavini vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyib. Ordumuzdakı mənəvi, psixoloji duruma da toxunan S.Heydərov qeyd edib ki, indiki dövrdə vətənpərvərlik hissinin yüksəlməsinə böyük ehtiyac var.

Qurum rəsmisi DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, ölkədəki bütün hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirildiyini bildirib. S.Heydərov vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyanda hərbi-texnika ilə təchiz olunan güclü ordu kimi dəyərləndirilir. Hərb tariximizə şanlı hərflərlə yazılan Aprel döyüşlərindən sonra Ordumuzun əldə etdiyi uğurlar, o cümlədən Naxçıvanın işğal olunmuş ərazilərinin azad edilməsi bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərib.

Komitə sədrinin müavini hərbçiləri DQİDK-nın sifarişi əsasında vətənpərvərlik mövzusunda çəkilən “Şəhadət” sənədli filmi barədə də məlumatlandırıb. Bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir. S.Heydərov vurğulayıb ki, filmdə bəhs edilən Aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib. Bu döyüşlər göstərib ki, Azərbaycan xalqı bir qarış torpağını belə heç kimə güzəştə getməyəcək.

Sədr müavini şəhidlik zirvəsinin müqəddəsliyinə də toxunaraq deyib: “Şəhidlik təbii ki, müzakirə mövzusudur. Bəzən gedib hansısa xarici ölkədə, xarici münaqişədə din adı altında döyüşlərdə ölənləri də şəhid adlandırırlar. Bu, yanlışdır. Şəhidliyi öz ordusunda öz vətəni, dövlətinin suverenliyi və təhlükəsizliyi uğrunda həyatlarını qurban verənlər qazanırlar. Vətənpərvərlik hissi zəif olan insanlar yad dini ideologiyaların təsirinə məruz qalırlar və cəmiyyət üçün təhlükəli şəxslərə çevrilirlər. Ölkəmizdə formalaşmış milli-mənəvi dəyərlər, xüsusilə tolerantlıq və multikultural ənənələr, dünyəvilik və azərbaycançılıq prinsipləri bu modelin tərkib hissəsidir. Bütün bunlar özlüyündə bizim milli-dini modelimizi formalaşdırır. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli bütün dünyaya nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdən sonra iştirak etdiyi ilk tədbir Hacı Cavad Məscidinin açılışı oldu. Bu isə dövlətimizin başçısının milli-mənəvi dəyərlərimizə verdiyi önəmin göstəricisidir”.

Sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Rəşad Əliyarlı “Şəhadət” filminin ərsəyə gəlməsində əməyi olan hər kəsə və tədbirin təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan “Şəhadət” filmini hər bir azərbaycanlı izləməlidir. O konfransın mövzusunun önəmli hadisəyə həsr edildiyini deyərək milli ordunun, təhlükəsizlik strukturlarının qurulmasının Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirdiyini deyib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmovun “İslamda şəhidlik”, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin “Hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu” adlı məruzələri dinlənilib.

Tədbirdə çıxış edən Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev şəhidlik zirvəsinin ucalığından bəhs edib. O, ötən gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinin bütün şəhidlərimizin şərəfinə keçirildiyini, milli qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacaqlarını bildirib.

Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Vurğulayıb ki, bu gün Azərbaycan Ordusunun çox güclü olduğunu beynəlxalq ekspertlər də təsdiqləyiblər. O, bunun davamlı olmağını arzu edib.

Müdafiə Nazirliyinin nümayəndəsi Aydın Əyyubov Ordumuzun 100 illiyi barədə məruzə ilə çıxış edib. O, gənc nəslin hərbi-vətənpərvərlik mövzusunda tərbiyəsinin vacibliyini diqqətə çatdıraraq deyib: “Vətənpərvərlik fədakarlıq deməkdir. Müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin qurduğu dövlət indi güclü orduya və güclü iqtisadiyyata əsaslanır. Bu gün müstəqilliyimizin, dövlətçiliyimizin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuzdur. İnkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli Liderin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ordumuzun qüdrətini gündən-günə artırır. Azərbaycan qüdrətli ordunun hesabına itirilmiş torpaqları ilə yanaşı, tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq”.

Tədbir hərbi vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu, bu sahədə görülən işlər və qarşıda duran məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb