Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakıda “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbiri açaraq ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsi olduğunu söyləyib. Bildirib ki, Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş ictimaiyyətə çatdırmaq və nəsillərin yaddaşında daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı mühüm xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin xatirəsi hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərinin ön sırasında onun 1993-cü ildə dövlətimizin xilas edilməsi missiyası durur. Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü onun xilaskarlıq missiyasının başlanğıcıdır. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Xalqımız bu xidməti hər zaman yüksək qiymətləndirir. Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, dövlətimizin gələcəyindən danışmaq mümkün olmazdı. Hazırda Azərbaycanda milli birliyə əsaslanan sabitlik var. Ümummilli Liderimiz hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. O qeyd edirdi ki, xalq birləşməlidir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən biri də ölkəni inkişaf yoluna çıxarmasıdır. Onun hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə inkişaf başladı. Azərbaycanda bazar iqtisadiyyatının inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər həmişə deyirdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Bu gün Ulu Öndərimizin siyasi kursunu Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Hazırda Azərbaycan regionun lider dövlətidir. Azərbaycan böyük inkişaf dövrünü yaşayır.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan dövləti Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq QHT-lərlə əməkdaşlıq kursu həyata keçirir. İlk dəfə Azərbaycan iqtidarı məhz Heydər Əliyevin hakimiyyəti dövründə QHT-lərə tərəfdaş kimi baxmağa başladı və bunun nəticəsi olaraq, Azərbaycan Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bu gün də Şura öz fəaliyyətini uğurla həyata keçirir. Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev 15 ildir ki aramızda olmasa da, onun əziz xatirəsi millətini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır.

Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən biri də azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə gətirməsi oldu.

Ümummilli Liderin əsas xidmətlərindən biri də Azərbaycanın siyasi, ictimai inkişafının istiqamətlərini müəyyənləşdirməsi və bunu Konstitusiyada təsbit etməsidir. 1993-cü ildə Azərbaycan müxtəlif modellər seçə bilərdi. Ümummilli Lider hakimiyyətə gələrkən başqa model də seçə bilərdi. Əminəm ki, Ulu Öndərin nüfuzu elə güclü idi ki, hansı modeli seçsəydi, qəbul olunardı. O isə məhz ən mükəmməl yolu - Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən etdiyi inkişaf yolunu seçdi.

Prezidentin köməkçisi bildirib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında önəmli rol oynayır. Ümummilli Liderin qurduğu Azərbaycan nəinki regionun aparıcı ölkələrindən biridir, eləcə də dünyada böyük nüfuza malikdir.

Konfransda Şuranın sifarişi ilə hazırlanmış, ümummilli lider Heydər Əliyevə həsr edilən “Alilikdə sadəlik” adlı qısametrajlı sənədli filmin təqdimatı olub.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib. Akademik məruzəsində beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq Azərbaycanın inkişaf templərini konkret faktlarla göstərib. Bildirilib ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaradıb. Ümummilli Liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizdə müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün etibarlı təməlin yaradılması, milli mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub. Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında Ulu Öndərin xidmətləri misilsizdir. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın.

Toplantıda QHT rəhbərləri Məhərrəm Zülfüqarlı, Tamam Cəfərova və Mirhəsən Seyidov çıxış edərək ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi xidmətlərdən danışıblar.

Sonra ümummilli lider Heydər Əliyevin 95 illiyi münasibətilə Şuranın sifarişi ilə hazırlanmış, sözləri və musiqisi İlahə İsrafilovaya məxsus "Sən dahisən" kompozisiyanın "Avanqard" Kamera orkestrinin, Azərbaycan Milli Konservatoriyasının xor kollektivinin və müğənnilər - Xalq Artisti Heydər Anatollu, İlahə Qismət və Orxan Cəlilovun ifasında təqdimatı olub.

Bakıda “Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb