Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib.

Beynəlxalq Forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıb. Qlobal və milli səviyyədə bitki mühafizəsinin önəminə diqqət çəkən sədr qeyd edib ki, bitki sağlamlığının təmin olunması məhsuldarlığın yüksəldilməsi, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir. Bunu nəzərə alaraq, ötən dövr ərzində ölkəmizdə də bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, Bakı və regionlarda müasir tələblər əsasında ən mürəkkəb analizlərin aparılması məqsədilə 5 fitosanitar laboratoriya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji və bakterioloji müayinələr aparmağa imkan verən molekulyar-bioloji bölmələri yaradılıb. Bitki sağlamlığı sahəsində ölkə üzrə idxal tələbləri, həmçinin beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydaları hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. Bundan əlavə, ilk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra olunub.

Q.Təhməzli forum iştirakçılarını AQTA tərəfindən həyata keçirilən innovativ həllər barədə də məlumatlandırıb: “Ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilərək elektron sistem vasitəsilə həyata keçirilir. Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil. Belə ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir”.

Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə də toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ həllərin geniş tətbiqi, özəl sektorun bitki sağlamlığının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan məsələdir. Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atmış ölkələrdən biridir. Bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir, ətraf mühitə və insanlara zərər vermədən bitki mühafizəsinin təşkili istiqamətində fəaliyyət davam etdirilir. Bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır.

Həmin istiqamətdə də bir sıra addımların atıldığını qeyd edən İnam Kərimov deyib: “Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir”.

İnam Kərimovun sözlərinə görə, bitki sağlamlığı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bitki xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili sağlam məhsul əldə etməyin əsas şərtidir. Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir. Həmin istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunmuş birgə tədbirlər həyata keçirir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, hazırda dünyada baş verən qlobal iqlim dəyişikliyi, yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və digər amillər bitkilərin vegetativ inkişafına mənfi təsir göstərməkdədir. Əlverişsiz stabil şəraitin davamlı olması zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma areallarını genişləndirməsinə və bütövlükdə fitosanitar vəziyyətin pisləşməsinə səbəb olur.

Nazir bildirib ki, Azərbaycan azmeşəli ölkə olmaqla cəmi 12 faiz meşə ilə örtülü əraziyə malikdir. Bu baxımdan əsas prioritet istiqamətlər meşələrin sahəsinin artırılması, mühafizəsi və onlardan davamlı istifadənin təmin edilməsidir. Meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəbərpa və meşəsalma tədbirləri həyata keçirilir. Lakin təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilməkdədir. Bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir. Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növləri areallarına və mədəni bitki növlərinin becərildiyi əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı, meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə məqsədilə kompleks tədbirlər təşkil olunmaqdadır. Belə ki, xəstəliklər bəzi bitki növləri üçün ciddi təhlükə mənbəyi hesab olunur. Buna görə də bitki sağlamlığının təmin olunmasına xüsusi diqqət göstərilməlidir. Bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və zərərli orqanizmlərə qarşı aparılan mübarizənin effektivliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət birgə işçi qrupu fəaliyyət göstərməkdədir. Kənd təsərrüfatı və qida sektorunun əsas aparıcı qüvvəsi özəl sektorudur. Bu baxımdan qida təhlükəsizliyinin təmin olunmasında, həmçinin xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməsində dövlət qurumları ilə yanaşı, özəl təşkilatlar, iri şirkətlər və sahibkarlar da aktiv rol oynamalıdırlar. Düşünürəm ki, bitki sağlamlığı ilə bağlı problemlərin həlli istiqamətində bütün maraqlı tərəflərin əməkdaşlığı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.

Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dünya miqyasında bitki sağlamlığının önəminin artdığını, bitkilərin zərərvericilərdən və xəstəliklərdən mühafizəsinin qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanda aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün təsirli tədbirlər həyata keçirildiyini qeyd edərək deyib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən aqrar siyasət strategiyası, bu sahədə həyata keçirilən islahatlar, yeni mülkiyyət münasibətlərinin yaradılması və sahibkarlığın formalaşması, aqrar bölməyə dövlət himayəsinin genişləndirilməsi Azərbaycanın müəyyən çətinliklərdən qorunması üçün zəmin yaradır. Belə ki, görülən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmiz buğda və bəzi heyvandarlıq məhsulları istisna olmaqla əsas məhsullar üzrə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.

Hər bir sahədə işlərin uğurla və qanunauyğun aparılması hüquqi bazanın yaradılmasını təmin edir. Bu baxımdan qanunvericilik sahəsində də önəmli addımlar atılır. Milli Məclisin mayın 5-də keçirilən iclasında qida təhlükəsizliyi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bununla da ölkənin qida təhlükəsizliyi sisteminin tənzimlənməsi beynəlxalq hüququn normalarına və qaydalarına uyğunlaşdırıldı. Həmin qanun hazırda qida təhlükəsizliyinin təmin olunmasında çox vacibdir və Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynayacaq.

Ötən illər ərzində istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda çoxsaylı dəyişikliklər, yeni yanaşmalar baş verib. Müəyyən qanunlar, norma və prinsiplər yenidən işlənərək təkmilləşdirilib. Həmin dəyişikliklərin bitki sağlamlığının tənzimlənməsi sahəsində də öz əksini tapması məqsədəuyğundur. Azərbaycanda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində görülən işlərə Avropa İttifaqının dəstəyinin davam etdirilməsi təqdirəlayiqdir. Həmin əməkdaşlığın Azərbaycanda regional miqyasda bitki sağlamlığı, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə əminəm”.

Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks, Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovas çıxış edərək bitki sağlamlığınin kainat üçün əhəmiyyəti və bitki mühafizəsi üzrə zəruri tədbirlər haqda fikirlərini bölüşüblər.

Daha sonra 12 may Beynəlxalq Bitki Sağlamlığı günü ilə əlaqədar olaraq videoçarx nümayiş etdirilib.

Forum işini iki sessiya üzrə davam etdirib. Sessiyalarda “Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi”, “Bitki sağlamlığı üzrə hüquqi çərçivənin və idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycanın bitki sağlamlığı statusunda özəl sektorun rolu”, “IT sisteminin AQTA və özəl sektorun ehtiyacları üçün istifadə perspektivləri” və sair mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi AQTA tərəfindən Latviyanın Dövlət Bitki Mühafizə Xidməti və Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir. Layihənin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub