İQTİSADİYYAT
Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans keçiriləcəkdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 23-dən 25-dək Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans (AICT-2013) keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, “AICT-2013” konfransı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya), Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə həyata keçiriləcəkdir.
“AICT-2013” Beynəlxalq Konfransının mövzularına “İKT tətbiqində müasir nailiyyətlər”, “Böyük vergilərin idarəsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” daxildir.
“AICT-2013” konfrans çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.