MƏDƏNİYYƏT
Bakıda IV Beynəlxalq türk əl toxumaları və ənənəvi sənətlər konqresi keçiriləcəkdir
Bakı, 1 aprel (AZƏRTAC). Milli Azərbaycan Tarixi Muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Türkiyə Respublikası Səlcuq Universitetinin Türk Əl Sənətlərini Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 2-dən 5-dək Bakıda IV Beynəlxalq türk əl toxumaları (tekstil) və ənənəvi sənətlər konqresi keçiriləcəkdir.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildirmişlər ki, konqresdə türk əl toxumalarının və ənənəvi sənətlərin (dulusçuluq, xəttatlıq və s.) tarixi, keçdiyi təkamül yolu, hazırlanma texnologiyası, onların tarixi-mədəni əhəmiyyəti haqqında məruzələr dinləniləcəkdir.
Konqresin işçi dilləri Azərbaycan, türk, ingilis dilləridir.
İştirak etmək istəyənlər məruzə tezislərini iyulun 1-dək [email protected] ünvanına, konqresin baş katibi Əhməd Aytacın (Səlcuq Universiteti) adına göndərilməlidirlər.