Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyası başa çatmışdır
Baş Assembleyanın plenar iclaslarının sonunda Bakı Bəyannaməsi qəbul olunmuşdur

Bakı, 23 noyabr (AZƏRTAC). Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assembleyası noyabrın 23-də işini başa çatdırmışdır.

ICAPP-ın VII Baş Assembleyası ikinci iş günündə işini dördüncü, beşinci və altıncı plenar iclaslarda davam etdirmişdir.

Dördüncü plenar iclasa Livan Baş nazirinin müşaviri, Gələcək Hərəkat Partiyasından olan Fadi Favaz sədrlik etmişdir.

İclasda çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə əsas mövzulardan birinin təhlükəsizliklə bağlı olduğunu deyərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ilə xalqımızın heç vaxt barışmayacağını bildirmişdir. Dünya birliyi təcavüzkar dövlətə təzyiqləri artırmalı, beynəlxalq qurumlar, xüsusən də BMT Təhlükəsizlik Şurası Azərbaycanın torpaqlarının azad edilməsi barədə qərar və qətnamələrinin yerinə yetirilməsi üçün təsirli tədbirlər görməlidir.

Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin Bakıya səfərindən məmnunluğunu bildirərək qanunun aliliyinin sosial, siyasi sabitlik üçün vacib amil olduğunu demişdir. Tailandlı siyasətçi xanım demokratik cəmiyyət quruculuğu prosesində qadınların fəallığının artırılmasının vacibliyindən danışmışdır.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Şərqdə ilk demokratik respublikanın qurulduğu Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsindən danışmış, bu soyqırımının tanınması istiqamətində fəaliyyətin davam etdirildiyini diqqətə çatdırmışdır.

Banqladeşin sabiq hüquq, ədalət və məskunlaşdırma naziri, Ayami Liqanın Mərkəzi Komitəsinin hüquqi işləri üzrə katibi Abdul Matin Xasru bildirmişdir ki, tədbirin əsas mövzusu olan sülh, sabitlik və dayanıqlı inkişaf, səhiyyə, su çatışmazlığı, təhsil və digər məsələlər Asiya regionu üçün aktual problemlərdir. Bu məsələlər isə yalnız gərgin əməkdaşlıq nəticəsində həll edilə bilər.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə demişdir ki, əsas məqsəd Asiyada sülhə və əməkdaşlığa nail olmaqdır. “Azərbaycan müstəqilliyini bərpa edəndən bəri demokratik dövlət quruculuğu yolunu tutmuşdur”, - deyən Mübariz Qurbanlı bildirmişdir ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətlə müxalifət arasında heç bir fikir ayrılığı yoxdur və Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul edilən bütün beynəlxalq qərarları yerinə yetirməlidir.

Ədalət Partiyasının sədri İlyas İsmayılov da çıxışında ermənilərin tarixi Azərbaycan torpaqlarında dövlət yaradaraq öz müqəddəratlarını təyin etdiklərini bildirmişdir. Natiq demişdir ki, bununla kifayətlənməyən ermənilər Azərbaycanın yeni ərazilərinə göz dikmişlər. İşğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Ancaq Azərbaycan öz ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaqdır.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva çıxışında bildirmişdir ki, Azərbaycanın əsas məqsədi regionda dayanıqlı sülhə nail olmaqdır və ölkəmiz bununla bağlı mühüm siyasət yürüdür. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra siyasi, iqtisadi, sosial sahələrdə böyük inkişaf yolu keçmişdir. Ölkəmiz qonşu dövlətlərlə mehriban münasibətlər qurmuşdur. Lakin Ermənistan ilə müharibə şəraitindəyik. Bir milyondan artıq soydaşımız qaçqın və məcbur köçkün vəziyyətindədir. Münaqişə tezliklə həll olunmalıdır ki, bu insanların hüquqları bərpa edilsin. S.Fətəliyeva bölgədə əməkdaşlığın qurulmasında qadınların rolunun artırılmasının əhəmiyyətindən də danışmışdır.

İraqdakı İslami qrupun liderlik şurasının üzvü Dara Məhəmməd Saed tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür etmişdir. Qonaq Asiyanın gələcəyinin sabitlik və əməkdaşlıqdan asılı olduğunu bildirmişdir.

Türkiyənin Ədalət və İnkişaf Partiyasından parlamentin deputatı Ercan Candan da çıxışında qondarma “erməni soyqırımı”na etiraz etmiş, müasir Ermənistanda dövlət səviyyəsində türklərə qarşı aparılan nifrət siyasətinin yolverilməz olduğunu diqqətə çatdırmışdır.

Malayziya İslam Partiyasının baş katibi Mustafa Əli demişdir ki, dünyada sülh və əmin-amanlığa nail olmaq üçün mövcud münaqişələrə son qoyulmalı, insan hüquqlarının pozulmasının qarşısı alınmalı, iqtisadi böhran, yoxsulluq və aclıqla mübarizə gücləndirilməlidir.

Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı Azərbaycanda aparılan uğurlu sosial islahatlar barədə məlumat vermiş, ölkəmizdə bütün siyasi partiyalara bərabər hüquqların yaradıldığını bildirmişdir.

Sonra konfransın beşinci plenar iclası keçirilmişdir.

“Yedinaya Rossiya” Partiyasının Rəyasət Heyətinin və Federasiya Şurasının üzvü Andrey Klimovun sədrlik etdiyi iclasda qadın siyasətçilərin toplantısında müzakirə olunan məsələlərlə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı məlumat vermişdir.

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov isə siyasi partiyalarda təmsil olunan gənclərin iştirakı ilə keçirilən bölmə iclasında müzakirə edilən məsələlər barədə danışmışdır.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılması təklifi ilə çıxış etmişdir.

Filippin parlamentinin Nümayəndələr Palatasının üzvü Rufus Bautista Rodrigez çıxışında ölkəsində siyasi partiyalar arasında münasibətlərdən danışmışdır.

Hindistanın Bharatiya Janata Partiyasının üzvü Vinay Şaşrabudde bildirmişdir ki, regional əməkdaşlıqda səmərəli nəticənin əldə olunması üçün qarşılıqlı etimad mühitinin yaradılması vacib şərtdir.

Maldivin Cumhore Partiyasının Mərkəzi Şurasının üzvü Mohamed İmtiyaz belə mötəbər tədbirin Bakıda keçirilməsinə görə Yeni Azərbaycan Partiyasına təşəkkür etmişdir. Qonaq demişdir ki, bu tədbir təcrübələrimizin bölüşdürülməsi, partiyalarımız arasında siyasi dialoqun inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.

Böyük İndoneziya Hərəkatı Partiyasının müdafiə şurasının sədri xanım Harris İndra Məhəmməd isə qeyd etmişdir ki, mədəniyyətlərarası dialoq ölkələrarası əməkdaşlığa, sülhün və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsi işinə mühüm töhfələr vermişdir.

Hindistan parlamentinin deputatı Barun Mukerci Asiyanın mədəni, dini və etnik müxtəliflik baxımından çox rəngarəng olduğunu deyərək bu tədbirin mövcud problemlərin həllinə töhfə verəcəyini diqqətə çatdırmışdır.

ICAPP VII Baş Assambleyasının altıncı plenar iclasına Tailandın Peu Tai Partiyasından xanım Nalini Tavesin sədrlik etmişdir.

“Yedinaya Rossiya” Partiyasının Rəyasət Heyətinin və Federasiya Şurasının üzvü Andrey Klimov iclasda çıxış edərək VII Baş Assambleyanın uğurla keçdiyini bildirmişdir. Rusiyalı siyasətçi demişdir ki, Bakı görüşü təkcə Asiya qitəsində deyil, ümumilikdə bütün dünyanı narahat edən problemləri müzakirə etmək baxımından böyük əhəmiyyətə malikdir.

Nepalın Madhesi Xalq Hüquqları Forumunun sədri Upendra Yadav Asiya regionunda terrorizmin və münaqişələrin sülhə və sabitliyə əsas təhdid olduğunu bildirmişdir. Qonaq demişdir ki, təhlükəsizlikdən danışırıqsa terrorizmə qarşı birgə mübarizə aparmalı, demokratiya ruhunu geniş təbliğ etməliyik. Hər bir şəxs, hər bir partiya bu prosesə öz töhfəsini verməlidir. Nüvə silahının yayılmasının qarşısını almaqla biz Asiyada sülh və sabitliyi yarada bilərik.

Livan Baş nazirin müşaviri Fadi Favaz çıxışında “Ərəb baharı”nın ərəb dünyasına təsirindən danışmış, belə mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını bildirmişdir. O, Bakının gözəlliyinə heyran qaldığını demişdir.

Şri-Lanka Xalq Azadlığı Cəbhəsinin lideri Amarasinqe Somavansa Bakı kimi tarixi şəhərdə ICAPP-ın VII Baş Assambleyasının keçirilməsini mühüm hadisə kimi qiymətləndirmişdir. Çıxışını qlobal təhlükəsizlik və sülh üzərində quran natiq bildirmişdir ki, müəyyən güclər dünyanı, eləcə də Asiya regionunu təsir dairələrində saxlamaq üçün əsassız bəhanələrlə müdaxilələr edirlər.

Maldivin Dhivehi Rayyithunge Partiyasının Şaviyani Atoll Şurasının sədri Musa Fathuhee Adam bildirmişdir ki, kiçik ölkə olan Maldivdə təhlükəsizliyin, sabitliyin təmin olunması üçün uzun yol qət edilmişdir. Çoxpartiyalı demokratik idarəçilik uzun mübarizə nəticəsində mümkün olmuşdur.

Laos Xalq İnqilab Partiyasının xarici əlaqələr komitəsi sədrinin müavini Thonqsavanh Phomvihane bildirmişdir ki, Asiyada sabitlik və inkişaf üçün ən mühüm amil qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərimizin qurulmasıdır. Son illərdə Asiya ölkələrinin sürətli inkişafı da bunu əyani şəkildə göstərmişdir ki, bu bölgə dinamik tərəqqi, sabitlik və əmin-amanlıq regionuna çevrilə bilər.

Monqolustan Xalq Partiyasının üzvü Buren-Erdene Xuldorj tədbirin yüksək səviyyədə təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq etmişdir. Qonaq demişdir ki, ICAPP VII Baş Assambleyası təhlükəsizlik, sülh və davamlı inkişaf məsələlərini müzakirə edir ki, bu da nəinki Asiya, bütün dünya üçün olduqca mühüm əhəmiyyət daşıyır. Sonuncu dünya iqtisadi böhranında Asiya ölkələrinin dayanıqlılıq nümayiş etdirməsi bu regionun təcrübəsinin öyrənilməsinin zəruriliyini ortaya qoymuşdur. Hazırda Monqolustan sabitliyin, sülh və təhlükəsizliyin regionda inkişaf etdirilməsinə ciddi səylər göstərir.

Fasilədən sonra ICAPP VII Baş Assambleyasına yekun vuran Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirin uğurla keçdiyini bildirmişdir. Qeyd edilmişdir ki, Baş Assambleya müasir dünyamızı narahat edən problemlərin həllinə mühüm töhfə verəcəkdir. “VII Baş Assambleya partiyalararası dialoqun da inkişafına yardım edəcəkdir”, - deyən Əli Əhmədov qarşıda böyük vəzifələrin durduğunu, müzakirələrin gedişində səslənən fikirlərin bütövlükdə təşkilatın fəaliyyətinə stimul verdiyini bildirmişdir.

Baş Assambleyanın işi barədə məlumat verən Milli Məclisin deputatı Asəf Hacıyev iki gün ərzində tədbirdə 30-a yaxın ölkənin 55-dən çox siyasi partiyasını təmsil edən 220 nümayəndənin iştirak etdiyini, 84 məruzənin dinlənildiyini vurğulamışdır.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının xüsusi məruzəçisi Maşhid Hüseyn Seyid və təşkilatın baş katibi və Daimi Komitəsinin həmsədri Çanq Eui-Yonq Assambleyanın yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq bir daha Azərbaycan hökumətinə və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildirmişlər.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assembleyası Bakı Bəyannaməsinin qəbul olunması ilə öz işini başa çatdırmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır