Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu başa çatıb

Bakı, 2 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Dekabrın 2-də ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) öz işini panel iclaslarda davam etdirib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimovun və “Ələddin layihəsi”nin icraçı direktoru Abe Radkinin moderatorluğu ilə “Sülh və təhlükəsizlik çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən üçüncü plenar sessiyada Sülh Məkanlarının Avropa Şəbəkəsinin Prezidenti Eduardo Basso, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Sultanbay Raev, BMT-nin Sülh Universitetində Beynəlxalq Hüquq Departamentinin direktoru Mihir Kanade, Asiya Əməkdaşlıq Dialoqunun baş katibi Pornçai Danvivatana iştirak ediblər.

Forumun üçüncü panelini açan Abe Radkin sessiya iştirakçılarını salamlayaraq tədbirin məhsuldar olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın Qələbəsi regionda siyasətə yeni dinamizm qatıb. Bu səbəbdən sülhə çağırış olan “Mədəniyyət naminə sülh” layihəsi alqışlanası təşəbbüsdür. Həm otuz ilə yaxın davam etmiş işğalın, həm də müharibənin ağır nəticələrinə baxmayaraq Azərbaycan bu gün də sülh çağırışlarına sadiqdir və bu məqsədlə Ermənistana “əl uzadır”.

Sülh Məkanlarının Avropa Şəbəkəsinin prezidenti Eduardo Basso Avropada çoxtərəfli tərəfdaşlıq nümunələrindən bəhs edib və bildirib ki, tərəfdaşlıq prosesi bir-birinə qarşı duran alyanslara mənsub olmuş keçmiş düşmənlər və ya aralarında uzun müddət ərzində regional, ərazi, siyasi, etnoslararası və ya dini mübahisələrin olduğu ölkələr arasında dialoqun və anlaşmanın bərqərar olmasını nəzərdə tutur. E.Basso təqdim olunan qlobal layihənin əhəmiyyətini yüksək qiymətləndirib.

Panel iclasda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev mərkəzin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Bildirib ki, regionda və dünyada baş verən siyasi prosesləri təhlil edən mərkəz Azərbaycanın tarixi torpaqlarında və Qarabağda Azərbaycan xalqına məxsus, Ermənistan tərəfindən məhv edilən, yaxud mənimsənilən maddi-mədəni irsin araşdırılmasını həyata keçirib.

Diqqətə çatdırılıb ki, hazırda Ermənistan Respublikasının ərazisi hesab edilən Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus yüzlərlə tarixi mədəni abidə məhv edilib. İrəvandakı yalnız bir məscid restovrasiya edilsə də əslində Azərbaycan xalqına mənsubluğu inkar edilərək başqa xalqa aid müsəlman abidəsi kimi təqdim edilir.

İşğal dövründə Ermənistanın məqsədli şəkildə Qarabağda da həyata keçirdiyi ekosiddən danışan Fərid Şəfiyev bildirib ki, bu müddətdə Azərbaycanın müsəlman irsinə məxsus maddi mədəniyyət nümunələri məhv edilib, xristian irsinə aid abidələrin isə erməniləşdirilməsi üçün məqsədli fəaliyyət həyata keçirilib. İşğal dövründə erməni tarixçiləri və arxeoloqları saxtakarlığa yol verərək qədim şəhərlərimizin adını dəyişməyə, məsələn, Ağdamı dünyaya Tiqranakert kimi təqdim etməyə çalışmışlar. Halbuki Tiqranın mənşə etibarilə erməni olmadığı kimi, qədim Tiqranaker şəhərinin də Azərbaycandan çox uzaqda olmasını tarixçilər yaxşı bilirlər.

İşğal dövründə Ermənistan yalnız Azərbaycanın tarixi abidələrini deyil, həm də muzeylərimizdən talan etdiyi maddi-mədəni sərvətləri - Qarabağ xalçalarını dünyaya erməni mədəni nümunələri kimi təqdim etmişdir. Mədəni irs nümunələrinin dağıdılmasını, talan edilməsini beynəlxalq hüquqa zidd olduğunu deyən Fərid Şəfiyev diqqətə çatdırıb ki, fevral ayında İrəvanda Azərbaycan xalçalarının erməni nümunələri kimi sərgilənməsi beynəlxalq hüquqa hörmətsizlikdir.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Sultanbay Raev Qarabağ Zəfərini bütün türk xalqlarının qələbəsi kimi dəyərləndirərək deyib: “Prezident İlham Əliyev Türk dünyasının beynəlxalq aləmdə tanınmış siyasətçisi kimi qəbul edilir. Onun türk dünyasını yaxınlaşdırmaq yolunda atdığı addımlar təqdirəlayiqdir. Günümüzün ən aktual məsələsi, təbii ki, sülhdür. İşğal və təcavüzlərə qarşı bütün bəşəriyyət birlikdə mücadilə aparmalıdır. Sülh şəraitində yaşamaq bütün insanlığın haqqıdır”.

BMT-nin Sülh Universitetində Beynəlxalq hüquq departamentinin direktoru Mihir Kanade uzun illər Azərbaycanın Qarabağ bölgəsindən olan qaçqınlarla görüşdüyünü deyib. O, dayanıqlı sülh üçün mədəniyyət amilinin mühüm olduğunu vurğulayıb.

Asiya Əməkdaşlıq Dialoqunun Baş katibi Pornçai Danvivatana qeyd edib ki, sülh özü dayanıqlı inkişafın komponentidir. Xalq diplomatiyası sülhün bərqərar olmasında vacib amildir. Turizm, mətbəx, kino rentabelli şəkildə sülhü bərqərar etməlidir.

Son panel iclasda çıxış edən mədəniyyət naziri Anar Kərimov forum iştirakçılarına təşəkkürünü bildirib. Nazir deyib ki, bir sıra beynəlxalq təşkilatın dəstəklədiyi “Mədəniyyət naminə sülh” təşəbbüsü ilə bağlı təqdimatda 20-dən çox məruzə dinlənilib.

“Forumda “Biz sülhü təşviq etmək üçün nələr etməliyik” sualına cavab aldıq. Bizim ümumi rifahımız sülhdən keçir. Məmnunluqla qeyd etmək istərdim ki, Azərbaycan sülh naminə mədəniyyət prosesini özü beynəlxalq təşəbbüs olaraq təbliğ edir. Bizim bu yeni konsepsiyamız beynəlxalq aləmdə tanınıb daha da geniş dəstək alacaq. Sonda bir daha bütün iştirakçılara təşəkkür edirəm və əminliyimi bildirirəm ki, bu, hələ yolun başlanğıcıdır və konkret nəticələrə rəvac verəcək. Gələn il Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və ümid edirəm ki, bu proses artıq gələcək fəaliyyətlər üçün bir zəmin yaradır”, - deyə Anar Kərimov qeyd etdi.

Bununla da “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu öz işinə yekun vurdu. Bu beynəlxalq tədbir də bir daha Azərbaycanın bütün bəşəriyyət üçün xoş niyyətini, sülh və əmin-amanlıq istəyini nümayiş etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır