Bakıda MMA turniri keçirilib
Bakı, 21 avqust, AZƏRTAC
Bakı İdman Sarayında dünya MMA reytinq cədvəlində “TOP-20”də yer alan Qazaxıstanın bir nömrəli liqası “Octagon”nın “ASED FC” ilə birlikdə turniri keçirilib.
AZƏRTAC, “ASED FC”-nin məlumatına istinadən xəbər verir ki əsasən, turnir çərçivəsində 15 döyüş təşkil olunub.
Azərbaycan təmsilçilərindən Turac Əliyev, Mehdi Həsənov, Heydər Qasımzadə, Zəfər Abdürrəhmanov, Tural Əsgərov və Röyal Leylizadə qalib gəliblər.
“Octagon 48” turnirində Azərbaycan idmançıları ilə yanaşı, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Türkiyə döyüşçüləri də mübarizə aparıblar.