Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq Konfransı çərçivəsində keçirilən sessiyalar maraqlı müzakirələrlə yadda qalmışdır [YENİLƏNİB]

Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə təşkil olunmuş “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq Konfransı çərçivəsində üç sessiya keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Neft sənayesinin inkişafı və atmosfer emissiyaları” mövzusunda keçirilən birinci sessiyaya sədrlik edən Milli Məclisinin sədr müavini, parlamentin enerji komitəsinin sədri Valeh Ələsgərov bildirmişdir ki, son 10 ildə Azərbaycanda həyata keçirilən ekoloji proqramların nəticəsində elektrik enerjisinin istehsalı zamanı yaranan tullantıların səviyyəsi iki dəfə aşağı düşmüşdür. Əgər 20 il bundan əvvəl elektrik enerjisi istehsalına 3 milyon ton mazut işlədilirdisə, bu gün mazut əvəzinə təbii qazdan istifadə olunur.

Azərbaycanda müxtəlif həcmli elektrik stansiyalarının tikintisindən və yenidən qurulmasından danışan V.Ələsgərov qeyd etmişdir ki, son 10 ildə bu stansiyaların hesabına elektrik enerjisi istehsalı 36 faiz artmışdır.

Sessiyada bildirilmişdir ki, son illərdə Avropa ölkələrində kömür istehsalı 16 faiz artmış ki, bu da ətraf mühiti çirkləndirən amillərdəndir.

Odur ki, əraf mühitin qorunması üçün kömür istehlakı azaldılmalı, qaz istehlakı isə artırılmalıdır.

Sonra sessiyanın həmsədri Britaniya Parlamentinin Nümayəndələr Palatasının enerji və iqlim dəyişikliyi komitəsinin sədri Tim Yeo “İqlim dəyişikliyinə qarşı tədbirlər: neft və qaz sənayesi atmosferə atılan karbon qazının miqdarını aşağı səviyyədə saxlamaq üçün nə etməlidir?” mövzusunda məruzə ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, qədim neft məkanı olan Azərbaycan eyni zamanda qaz istehsal edən ölkə kimi tanınır. Gələcəkdə bərk maddələrə olan tələbat azalacaq, qaza olan tələbat isə artacaqdır. Neft isə əsas enerji daşıyıcısı olaraq qalacaqdır.

T.Yeo atmosferə karbon qazının atılmasının qarşısının alınması istiqamətində Çində görülmüş işlərdən də danışmışdır.

Sessiyada, həmçinin Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Emin Birpınarın “Tanker qəzaları nəticəsində meydana gələn dəniz çirklənməsinin beynəlxalq təsiri” mövzusunda məruzəsi dinlənilmişdir.

M.E.Birpınar Türkiyədə 2023-cü ilədək enerji və ətraf mühitin qorunması istiqamətində həyata keçiriləcək layihələr barədə məlumat vermişdir.

Sonra ABŞ Konqresinin Ohayo ştatından olan üzvü Jan Şmit “Alternativ enerji və neft-qaz əməliyyatlarında enerji səmərəliliyi” adlı məruzə ilə çıxış etmişdir.

Məruzəçi ABŞ-da enerji istehsalı sahəsində islahatların həyata keçirildiyini bildirmiş, xüsusi ilə qaz istehsalının artdığını diqqətə çatdırmışdır.

İkinci sessiya isə “Neft sənayesində ofşor əməliyyatlarının su hövzələrinə təsiri” mövzusuna həsr olunmuşdur. Sessiyaya “Global Counsel” təşkilatının sədri, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Mandelson sədrlik etmişdir.

L.Mandelson qeyd etmişdir ki, bu gün əsas məsələ iqtisadi risklərin insan həyatına təsirinin azaldılmasıdır. O demişdir ki, dünya üzrə neft və qazın 30 faizi dənizdən çıxarılır. Bu isə ətraf mühit üçün risklər yaradır. Buna görə də siyasi qərarlar verilərkən ətraf mühitin mühafizəsi mütləq nəzərə alınmalıdır. Dənizdə qazma işləri aparılarkən təsirlər minimuma endirilməlidir.

Dünya Bankının Azərbaycan üzrə rəhbəri Larisa Leşçenko çıxışında 2004-2014 illərdə neftlə çirklənmiş torpaqların təmizlənməsinə və bərpasına təmsil olunduğu qurum tərəfindən 31,8 milyard dollar həcmində vəsait ayrıldığı bildirərək demişdir ki, ötən 6 ildə neft hasilatı zamanı səmt qazının yandırılması 20 faiz azalmışdır. Bu istiqamətdə Azərbaycanda görülən işləri yüksək qiymətləndirən L.Leşçenko, eyni zamanda, belə bir konfransın keçirilməsinə göstərdiyi dəstəyə görə rəsmi Bakıya minnətdarlığını bildirmişdir.

bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu tələblərə riayət və ətraf mühitin mühafizəsi üzrə regional direktoru Faiq Əsgərov isə şirkətin regionda ətraf mühitin idarə olunması ilə bağlı gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, bp şirkəti tərəfindən səmt qazının yandırılmasının azaldılmasına 97 faiz əməl edilmişdir.

F.Əsgərov, eyni zamanda termomexaniki üsullarla lay və məişət sularının, tullantıların idarə olunmasında şirkətin gördüyü işlər barədə məlumat vermişdir

BMT-nin Ətraf Mühit Proqramının əlaqələndiricisi Mahir Əliyev bildirmişdir ki, bu proqramın dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmış “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” yaradılmışdır.

“Azərkimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri Muxtar Babayevin sədrliyi ilə keçən günün sonuncu sessiyasında “Neft və neft məhsulları ilə çirklənmiş torpaqların reabilitasiyası və idarə olunması” mövzusunda müzakirələr aparılmışdır.

M.Babayev Sumqayıt sənaye zonasında illərlə çirklənmiş ərazilərdə ARDNŞ tərəfindən həyata keçirilən ekoloji layihələrdən danışmışdır.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Məhərrəm Babayev isə bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən neftlə çirklənmiş torpaqların coğrafi arealı müəyyən edilmiş və xəritə sxemi tərtib olunmuşdur. Qeyd edilmişdir ki, institut 2012-ci ilin oktyabr ayından ARDNŞ ilə birgə neftlə çirklənmiş torpaqlarda çöl təcrübə işlərini aparır.

“ERM GmbH“ şirkətinin nümayəndəsi Reyner Meltzer xam neftlə çirklənmiş torpaqların və neft şlamının təmizlənməsində istifadə olunur yeni texnologiyalar və üsullar barədə məlumat vermişdir.

Beynəlxalq konfrans öz işini noyabrın 5-də də sessiyalar ilə davam etdirəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"