MƏDƏNİYYƏT
Bakıda Nino Katamadze və“İnsight” qrupunun çıxışı alqışlarla qarşılanmışdır
Bakı, 2 iyul (AZƏRTAC). İyunun 2-də Yaşıl Teatrın səhnəsində “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gürcü müğənnisi və bəstəkarı Nino Katamadzenin və “İnsight” qrupunun “GREEN” adlı yeni albomunun təqdimatı və növbəti konserti təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, ifaçıları konsertdə “Yeni klassika” solistlər ansamblı müşayiət etmişdir.
Nino Katamadze və “İnsight” qrupu mürəkkəb, düşündürücü, sirli bir musiqinin ifaçılarıdırlar. Bu, həyat haqqında müfəssəl fəlsəfi hekayədir. Qrupun mahnıları insanı həyatın əbədiliyi haqqında dərindən düşünməyə, başqasının dərdinə şərik olmağa, fikirləşməyə, şəfqət göstərməyə və ümid etməyə səsləyir.
Təkcə son bir ildə Nino Katamadze və “İnsight” qrupu Rusiyanın, Baltikyanı ölkələrin, Ukraynanın, ABŞ-ın və digər ölkələrin ən nüfuzlu konsert salonlarında yüzdən çox anşlaqla keçən konsert vermişdir.
Nino Katamadze və “İnsight” qrupunun konserti böyük maraqla qarşılanmışdır.
Layihənin rəsmi tərəfdaşı Azərbaycanın ən iri banklarından olan “Paşa Bank”dır.