MƏDƏNİYYƏT
Bakıda “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək
Bakı, 28 fevral, AZƏRTAC
Martın 18-19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şənlikdə Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa nümayiş etdiriləcək. Həmçinin uşaqları müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.
Tanınmış müğənnilərin çıxışları və rəqslər bayram şənliyinə xüsusi rəng qatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]