Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda qadın sahibkarlığının inkişafı mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Bakıda “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilib.

Tədbir iştirakçıları əvvəlcə “Made in Azerbaijan” brendinin, Azərbaycan Milli Geyim Mərkəzinin və digər qadın sahibkar müəssisələrinin istehsalı olan məhsullardan ibarət sərgi ilə tanış olublar.

Konfransı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin keçirilməsində göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyinin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivləri müəyyənləşdirməkdir.

Konfrans iştirakçılarını Azərbaycan hökuməti adından salamlayan Baş nazirin müavini Əli Əhmədov bildirib ki, qadın sahibkarlığı problemi cəmiyyət üçün aktual məsələdir. Bu problem iki məsələnin həllində mühüm rol oynayır. Birincisi, qadın hüquqlarının təmini, gender bərabərliyinin həlli ilə əlaqədardır. Bunun üçün fundamental rol oynayan qadınların iqtisadi müstəqilliyi vacib məsələdir. İkincisi, qadınların iqtisadi fəallığının yüksəlməsi, xüsusilə də qadın sahibkarlığının inkişaf etdirilməsi, qadınlar arasında sahibkarlıq meyillərinin gücləndirilməsi bütövlükdə cəmiyyətdə iqtisadi fəallığın yüksəldilməsinə bilavasitə təsir göstərir və nəticə etibarilə cəmiyyətin iqtisadi potensialının artmasına xidmət edir. Beləliklə, bu konfrans cəmiyyətimiz üçün və eyni zamanda, burada iştirak edən xarici ölkələrin nümayəndələrini nəzərə alsaq tam məsuliyyətlə deyə bilərik ki, digər ölkələr üçün də əhəmiyyətlidir.

Azərbaycanda qadın sahibkarlığı və bütövlükdə sahibkarlığın inkişafı üçün ciddi əsaslar var. Bu baxımdan hüquqi əsasların yaradılması, qadın sahibkarlar, ümumiyyətlə, digər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə güzəştli vergi dərəcələrinin təyin edilməsi və xüsusilə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hər cür vergilərdən azad edilməsi ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün çox ciddi imkan yaradıb. Azərbaycan vətəndaşları, o cümlədən qadınlar bu imkanlardan istifadə edirlər.

Konfransda çoxsaylı ölkələrin təmsil olunmasının mövzunun aktuallığını göstərdiyini deyən Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün mühüm əsaslar yaradılıb. Güzəştli kreditlərin verilməsi, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində məşğul olanların bütün vergilərdən azad edilməsi qadın sahibkarlığının inkişafına kömək edir. Son iki ildə sahibkarlıqla məşğul olan qadınların sayı artıb. Azərbaycan hökumətinin siyasətində qadın fəallığının artırılması mühüm yer tutur. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınlar daha əhəmiyyətli rolları, funksiyaları öz üzərlərinə götürməyə hazırdırlar. Azərbaycan qadınları bütün dünyada toplanmış müsbət təcrübələrdən bəhrələnərək ölkənin iqtisadi həyatına öz töhfələrini verəcəklər.

Sonra Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində dövlət tərəfindən yaradılan geniş imkanlardan söz açıb. Bildirib ki, Azərbaycanda hər bir ailənin sosial rifahının yüksəldilməsi istiqamətində qəbul edilən dövlət proqramları mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, sahibkarlığın, xüsusilə qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Bu tendensiya bütün dünya dövlətlərinin həyata keçirdikləri siyasətdə öz əksini tapır. Ölkəmiz də bu prosesdən kənarda qalmayaraq bir sıra mühüm islahatlar həyata keçirir. BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üzrə Xüsusi Proqramı çərçivəsində bir neçə konfrans və forum keçirilib. 2012-ci ildən SPEKA-ya sədrlik edən Azərbaycan regionda qeyd olunan məsələləri xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri araşdırılır, yeni əməkdaşlıqlar yaranır. 2016-cı ildə SPEKA çərçivəsində İqtisadi Forumda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlər, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin genişləndirilməsi kimi vacib məsələlər müzakirə edilib. Üzv ölkələr sıx əməkdaşlıq edərək davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi istiqamətində Gəncə Bəyannaməsini qəbul ediblər.

Müasir dövrümüzdə hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınlarımızın işləməsinə, sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur. Bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlər, stereotiplərdir.

Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından əhəmiyyətlidir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir.

Diqqətə çatdırılıb ki, son illər ərzində həyata keçirilən davamlı və uğurlu siyasət öz müsbət töhfələrini verib. Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Konfransda BMT baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Kristian Friis Baxın adından bəyanat səsləndirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir. Dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində qəbul edilmiş qərarlar ölkədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərib. Bütün bunlar beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Bu gün biz artıq ixracın stimullaşdırılmasından danışırıq. Biz bu gün rəqabətqabiliyyətli ixrac məhsullarından danışırıq, ixrac bazarlarını araşdırırıq. Sözsüz ki, bütün bunlar ölkədə qadın sahibkarlığının inkişafına əlverişli imkan yaradır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai qeyd edib ki, qadın sahibkarları, eləcə də yerli icmaların liderləri istər səhiyyə, istər təhsil, istərsə də ekoloji sahəyə töhfə verirlər. Lakin buna baxmayaraq, qadınlar bu gün də dünyada sosial, iqtisadi, maliyyə problemləri ilə üzləşməkdədirlər. BMT-nin Azərbaycanla sıx əməkdaşlığından danışan Qulam İsakzai həyata keçirilən birgə layihələrin müsbət nəticələrini vurğulayıb. Qeyd edib ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi bir lokomotiv rolunu oynayaraq təhlükəsiz dünyada inkişaf və yaşamaq üçün imkanlar yaradır. Bu istiqamətdə birgə çiyin-çiyinə işləyərək qadın sahibkarlığının inkişafına dəstək vermək çox vacib məsələdir. Bu, həm də dayanıqlı inkişafı uğurlu edəcək amildir.

Özbəkistanın Baş nazirinin müavini Tanzila Narbayeva qeyd edib ki, qadının cəmiyyətdə statusu istənilən dövlətin siyasətində mühüm yer tutmalıdır. Qadınlara xüsusi diqqət və hörmətin göstərilməsi özü məhz bir çox xalqlara, o cümlədən bizim xalqa da xas olan cəhətdir. Azərbaycanda qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən işlərin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan T.Narbayeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini, qadınların cəmiyyətdə fəallığının artırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, maddi-mədəni irs nümunələri həm də qadınların böyük əməyi nəticəsində yaradılır, qadın ruhunu, onun istək və arzularını, incə zövqünü özündə əks etdirir. Habelə qadınların zəngin mədəni dəyərlərin, tarixi ənənələrin ilkin olaraq ailə daxilində və bütövlükdə cəmiyyətdə qorunub saxlanılmasında, yaşadılmasında rolu böyükdür. Xüsusilə türkdilli ölkələrin, o cümlədən Azərbaycanın tarixinə nəzər salsaq, xalq sənətkarlığının, əl sənətlərinin, tətbiqi incəsənətin, xalçaçılığın, ipəkçiliyin inkişafına, eləcə də zəngin tarixi-mədəni ənənələrin gələcək nəsillərə ötürülməsinə qadınların verdiyi töhfə əvəzedilmədir.

Türkdilli ölkələrdə qadının təhsilə açıq olması, elmi inkişafa önəm verməsi cəmiyyətin maariflənməsində və elmi-ictimai nailiyyətlərin əldə olunmasında da böyük rol oynayıb. Təsadüfü deyil ki, bütün müsəlman aləmində qızlar üçün ilk dünyəvi məktəb məhz türkdilli ölkələrin birində - Azərbaycanın paytaxtı Bakı şəhərində açılıb.

Sevindirici haldır ki, bu gün qadın sahibkarlığının inkişafına dair fikir mübadiləsi aparılır, bu istiqamətdə mövcud problemlər müzakirə edilir. Qadın sahibkarlığının daha da inkişaf etdirilməsi üçün qadınların ictimai fəallığının yüksəldilməsinə, onların məşğulluğunun artırılmasına, iqtisadi və sosial həyatda iştirakının təşviqinə çalışmaq lazımdır. “Türkdilli ölkələri təmsil edən və yenicə fəaliyyətə başlamış beynəlxalq bir təşkilat olaraq, biz də türk dünyasının qadın sahibkarları arasında əlaqələrin inkişafını çox ciddi bir faktor hesab edir və bunu dəstəkləyirik. Bu baxımdan, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə “Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri” layihəsi həyata keçirilir. Layihəyə əsasən türkdilli xalqlara məxsus ortaq qadın əl sənətləri, o cümlədən xalçaçılıq, toxuculuq, ipəkçilik geniş şəkildə tədqiq olunur. İlkin mərhələdə Azərbaycanda və Türkiyədə yaşayan qadınların həyat tərzi və fəaliyyəti araşdırılsa da, layihənin Qazaxıstan və Qırğızıstanda da davam etdirilməsi planlaşdırılır. Layihənin ayrıca hər bir türkdilli ölkədə həyata keçirilməsi özünəməxsus yerli cəhətlərin, milli xüsusiyyət və dəyərlərin ortaya çıxarılmasına imkan verir və bu baxımdan mühüm əhəmiyyət kəsb edir”, - deyə G.Əfəndiyeva bildirib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağı işğal etməsi nəticəsində mədəniyyətimizə, o cümlədən qədim əl sənətlərinin, xalçaçılıq məktəbinin inkişafına və bu baxımdan, Azərbaycan qadınının fəaliyyətinə ciddi zərər vurulduğunu diqqətə çatdıran G.Əfəndiyeva deyib: “İnanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli xalqımızın mədəniyyətinin hərtərəfli inkişafına töhfə verməklə bərabər, Qarabağda qadın sahibkarlığının inkişafı üçün yeni təkan olacaq”.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya qeyd edib ki, ölkələrdə qadın sahibkarlığının inkişafı təksə iqtisadi inkişaf deyil, həm də sosial ədalət və sülh deməkdir. Türkiyədə müvafiq sahədə görülən işləri diqqətə çatdıran xanım nazir konfransda müzakirə edilən mövzuların qadınların cəmiyyətdə qolunun daha da artırılması istiqamətində əməkdaşlığa dəyərli töhfə verəcəyini vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin apardığı müdrik siyasət Azərbaycan iqtisadiyyatını inkişaf etdirib. İyirmi beş il bundan əvvəl “qadın sahibkar” sözünü işlətmək qadağan idi. Sovet ideologiyasında, ümumiyyətlə, sahibkarlıq ifadəsini işlətmək qadağan idi. Bu gün Azərbaycan müstəqil dövlət kimi ümumi daxili məhsulun 80 faizini özəl sektordan alır. Odur ki, özəl sektorun inkişafında sahibkarların, o cümlədən qadın sahibkarların mühüm rolu var. Bu gün qadın sahibkarların rolunun artması ilk növbədə qadın sahibkarlığının inkişafını göstərir. Son dövrlərdə dövlətimizin başçısının təşəbbüsü ilə beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycanın milli maraqları nəzərə alınmaqla sahibkarlıqla bağlı qanunvericilik aktları qəbul edilib. Sahibkarlığa dövlət dəstəyi, sənayenin strukturunun şaxələndirilməsi ilə əlaqədar vergi güzəştləri tətbiq edilib. Bütün bunlar sahibkarlığın inkişafına müsbət təsir göstərir. Əlbəttə, çətinliklər də var. Məsələn, neftin qiymətinin düşməsi dünya bazarında maliyyə bazarlarına təsir edir. Lakin Azərbaycanda bütün bu təsirlərin qarşısının alınması üçün mühüm tədbirlər görülüb. Ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf edir. Qadın sahibkarlığı ilə məşğul olan insanların maarifləndirilməsinin vacibliyini qeyd edən Z.Səmədzadə bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.

Tacikistan Hökuməti yanında Qadın və Ailə Məsələləri Komitəsinin sədri İdigül Qosimzoda təmsil etdiyi ölkədə qadının cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində 1998-ci ildən başlayaraq görülən işlərin uğurlu nəticələri barədə məlumat verib. Qeyd edib ki, qadınların cəmiyyətdə fəallığının artırılması, diskriminasiyanın aradan qaldırılması bütövlükdə cəmiyyət həyatının bütün sahələrində inkişaf əldə edilməsinin vacib amilidir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Azərbaycanın müvafiq bölgədə qadınların fəallığının artırılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb, uğurlu nəticələri qeyd edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev diqqətə çatdırıb ki, Azərbaycanda 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir. Ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Bütün bu rəqəmlər göstərir ki, bu gün qadınlarımızın sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu istiqamətdə təşviq olunması, qabiliyyət və bacarıqlarının yüksəldilməsi bütövlükdə ölkə iqtisadiyyatına çox böyük töhfə verə bilər.

Açılış mərasiminin sonunda İqtisadiyyat Nazirliyi adından sahibkar qadınlara fəxri fərmanlar təqdim edilib.

Konfrans “Qadın sahibkarlığının inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyillər: müsbət tendensiyalar, təşəbbüslər və qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzuları üzrə sessiyalarla davam edib.

Çıxışlarda konfransın mövzusunun dünya miqyasında aktuallığı vurğulanıb, müzakirə edilən məsələlərin yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyəti qeyd olunub.

Sonda 13 maddədən ibarət tövsiyə qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH