Bakıda “Səyahətçilər klubu”nun təqdimatı olub
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 13-də Bakıdakı Rus evində “Səyahətçilər klubu”nun təqdimatı olub. Tədbirdə ictimai təşkilatların və Rus Coğrafiya Cəmiyyətinin gənclər klubunun nümayəndələri iştirak ediblər.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı klubun əsas məqsədləri və vəzifələri açıqlanıb: səyahətə həvəsi olan insanların birləşməsi, təcrübə və bilik mübadiləsi, o cümlədən maraqlı və məzmunlu səfərlərin təşkil edilməsi.
Klubun qurucusu dünyanın 68 ölkəsini gəzmiş və səyahətlərini davam etdirmək niyyətində olan tanınmış səyyah Fuad Şahvəliyevdir. O, tədbirdə təcrübəsini bölüşüb və planetin müxtəlif guşələrində hansı maraqlı yerləri ziyarət etmək barədə məsləhətlərini verib.
Tədbirin iştirakçıları yaxın aylara olan planlar barədə məlumat alıblar. Klub Rusiyaya bir neçə tur keçirməyi, eləcə də səyahətlərə həsr olunan görüş və seminarlar təşkil etməyi planlaşdırır.