Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb
Bakı, 30 may, AZƏRTAC
Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib kiI, birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi və budaqların budanmasını təmin ediblər.