Bakıda snayper kursları başlamışdır
Bakı, 11 avqust (AZƏRTAC). Bakıda məktəblilər və mülki vətəndaşlar üçün üçüncü snayper atıcılığı kursları başlamışdır.
AZƏRTAC xəbər verir ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının keçirdiyi kurslarda 14-45 yaş arasında 30 könüllü iştirak edir.
Snayper atıcılığı kurslarında iştirakçılara müxtəlif tüfənglər barədə məlumat verilir, silahlardan istifadə texnikası, snayperlərin maskalanması, mövqe seçimi, müxtəlif əməliyyatlarda iştirak metodları, yaxın məsafəli döyüş üsulları öyrədilir. Təlimləri peşəkar zabitlər aparır.
Kursların rəhbəri Hüseyn Talıbov bildirmişdir ki, təlimlərdə əsasən snayper məşğələləri, atıcılıq məşğələləri və bundan başqa kəşfiyyat təlimləri də vardır. Müdavimlərin hərbi qulluğa ilkin hazırlığı burada keçirilir. İştirakçılara əlbəyaxa döyüş təlimləri də öyrədilir. Kurslar 18 yaşa qədər yeniyetmələr üçün pulsuz, hərbi xidməti başa vurmuş şəxslər üçün isə ödənişlidir. 45 günlük kursları indiyə qədər 80 nəfər müdavim bitirmişdir. Kursların regionlarda da təşkili planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]