Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda sosial müdafiə sahəsində elektron xidmətlər mövzusunda seminar keçirilir

Bakı, 22 oktyabr, Raisə Abbasova, AZƏRTAC

Oktyabrın 22-də Bakıda “Hilton Bakı” otelində “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül qoyulub.

Daha sonra beynəlxalq seminar öz işinə başlayıb. İki günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbirdə iştirak edən qonaqları salamlayaraq ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib. E.Mehdiyev qeyd edib ki, təməl prinsipləri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çevik siyasət və çoxşaxəli fəaliyyət əsasında formalaşan Azərbaycanın müasir inkişaf modeli ölkəmizdə yeni iqtisadi sistemə sürətli keçidi şərtləndirərək sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasını təmin edib. Bu əsasda bütün istiqamətlərdə islahatların vahid konsepsiya çərçivəsində qısa zamanda gerçəkləşdirilməsi Azərbaycanı ahəngdar inkişafa malik modern dövlətə çevirmiş, eyni zamanda müasir qloballaşan dövrün ağır sınaqlarına və sosial-iqtisadi xüsusiyyətlərinə cavab verən tənzimləyici mexanizmləri formalaşdırıb.

Sonra Fond sədri müasir şəraitdə dünyada qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət almasında sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyalarının (İKT) mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, IKT-dən geniş istifadə olunmasının ölkələrin inkişafında müstəsna rolu danılmaz reallıqdır.

Müasir şəraitdə İKT-nin və elektron xidmətlərin sosial müdafiə sistemlərinin müasirləşdirilməsinə, bu sahədə davamlı innovativ tədbirlərin, genişmiqyaslı proqramların həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri daim artmaqdadır.

Fond sədri Azərbaycanda İKT-nin davamlı və hərtərəfli inkişafı istiqamətində məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirildiyini qeyd edərək ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

E.Mehdiyev daha sonra bildirib ki, İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial birlik və sosial davamlılıq, sosial ədalətin təminatının Prezident İlham Əliyevin ölkənin dinamik inkişafına xidmət edən siyasətinin mühüm tərkib hissəsi olduğunu deyərək, ölkədə əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması sahəsində aparılan islahatlardan söz açıb. Nazir bu istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasında İKT-nin və elektron xidmətlərin geniş tətbiqinin xüsusi rol oynadığını vurğulayıb.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə davamlı olaraq sosial islahatların həyata keçirildiyini qeyd edərək bildirib ki, “Prezident İlham Əliyevin müəllifi olduğu sosial müdafiə modeli artıq onlarla dünya dövləti üçün örnək olub. Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir. Sevindirici haldır ki, bu sahə ilə məşğul olan dövlət qurumlarında elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılıb, məmur-vətəndaş təması maksimum azaldılıb”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, son on il ərzində əldə olunan davamlı iqtisadi yüksəliş, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşmasına imkan yaratdığını vurğulayaraq Azərbaycanda sığorta-pensiya sistemində İKT-nin səmərəli tətbiqini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün “ASAN xidmət” yaradılıb və bu, ən uğurlu modellərdən biridir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

BSTA-nın nümayəndəsi Raul Ruggia-Frick söyləyib ki, elektron xidmətlərin tətbiqi dünya səviyyəsində sığorta-pensiya qurumları tərəfindən davamlı fasiləsiz xidmətlərin səmərəliliyi və effektivliyinin artırılmasını təmin etsə də, elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi, bununla yanaşı mobil xidmətlərdən geniş istifadə və digər bu kimi məsələlərdən qaynaqlanan vacib çağırışları da gündəmə gətirir. Qeyd edilən məsələlərin beynəlxalq seminarın işində ətraflı müzakirə olunacağı nəzərdə tutulur. BSTA nümayəndəsi Azərbaycanda İKT və dövlət idarəçiliyində elektron xidmətlərin tətbiqi sahəsində görülən işlərdən, əldə olunan uğurlardan məlumatlı olduqlarını bildirərək vurğulayıb ki, tədbir həmçinin Azərbaycanın bu sahədəki təcrübəsi ilə tanışlıq məqsədi daşıyır.

Beynəlxalq seminarın “BSTA təlimatları vasitəsilə e-xidmətlərin həyata keçirilməsi” mövzusundakı ilk sessiyasında BSTA nümayəndəsi Assosiasiyanın İKT sahəsində təlimatları, elektron xidmətlərin tətbiqi üzrə tövsiyələri, Belçika nümayəndəsi öz ölkəsində sosial sektorda tətbiq olunan elektron xidmətlərlə bağlı geniş təqdimatlarla çıxış edərək tədbir iştirakçılarını əhatə olunan mövzularla bağlı məlumatlandırıblar. Sonra sessiya Beynəlxalq Əmək Təşkilatının və DSMF-nin nümayəndələrinin də qatıldığı ətraflı müzakirələrlə davam edib.

Növbəti sessiya “İstənilən yerdə vətəndaşlarla interaktivliyin artırılması” məsələlərinə həsr olunub. Sessiyanın gedişatında Rusiya Federasiyasının nümayəndəsi ölkəsində pensiya təminatı sahəsində elektron xidmətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi ünvanlı sosial yardım proqramının yeni avtomatlaşdırılması konsepsiyası, Hollandiya Sosial Sığorta Bankının nümayəndəsi bu ölkədə sosial təminat sahəsində müştəri əsaslı xidmətlərin göstərilməsində İKT və elektron xidmətlərin rolu, DSMF-nin nümayəndəsi isə Fondun elektron xidmətləri ilə bağlı təqdimatlarında seminar iştirakçılarına ətraflı məlumat veriblər. Ssessiyanın davamında həmin mövzuda, habelə informasiya texnologiyaları üzrə sahəvi yanaşmalara dair məsələlərlə bağlı İKT sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlərin də iştirakı ilə panel müzakirələr aparılıb və iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Oktyabrın 23-də seminar öz işini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub