Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda Şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il bundan əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin I toplantısı Qazaxıstanın Astana şəhərində keçirilib. Həmin toplantıda üzv dövlətlərin televiziya və informasiya qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib və bu istiqamətdə xeyli iş görülüb. Bugünkü toplantıda da müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur. Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq.

Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın.

Prezidentin köməkçisi qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur. Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov qeyd edib ki, bu regionun və dünyanın ən çətin həll olunan münaqişələrindən biridir. Burada işğalçı və işğala məruz qalan tərəf var, hər şey aydındır. Bizim türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacımız var. Çünki zaman-zaman ermənilər öz təbliğatlarını həyata keçiriblər. Bu baxımdan Türk Şurasına üzv dövlətlər arasında informasiya sahəsində inteqrasiyanın gücləndirilməsi labüddür. Misal üçün, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycanın informasiya dəstəyinə ehtiyacı var idi. Ermənilərin təxribatları, onların bölgədə həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycanın mədəni və dini obyektlərini dağıtmasının regionda və dünyada nümayiş etdirilməsinə ehtiyac var idi. Ona görə hesab edirəm ki, Türk Şurasına üzv dövlətlər belə məqamlarda bir-birinə dəstək verməlidir.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün dünyada islamofobiya meyilləri güclənir. İslam dininə qarşı çirkin kampaniya aparılır. Müsəlman ölkələri, xalqları terrorla eyniləşdirilir. Onların mövcud multikultural dəyərləri, mədəniyyətləri, gözəl adət-ənənələri mənfi çalarda təqdim edilir. Biz bu məsələdə də vahid mövqedən çıxış etməliyik.

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib.

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir.

Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır.

Türk Şurasının baş katibinin müavini Ömər Kocaman işçi qrupunun VII toplantısında aparılan müzakirələr barədə məlumat verərkən qeyd edib ki, media qurumlarının əməkdaşlığının gücləndirilməsi üçün vahid şəbəkənin yaradılması qərara alınıb. Türk xalqlarının tarixi şəxsiyyətləri ilə bağlı filmlərin çəkilməsi təklifinin də irəli sürüldüyünü deyən baş katibin müavini bununla əlaqədar razılıq əldə olunduğunu bildirib. Bundan başqa, üzv ölkələrin televiziya kanallarının öz yayımlarını rahat şəkildə həyata keçirmələri üçün kabel yayımı ilə bağlı da müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov qeyd edib ki, bu gün Türk Şurası üçün vahid informasiya məkanı mövcud deyil. Bunun üçün Şuraya üzv dövlətlərin siyasi maraqları təmin olunmalıdır. Üzv ölkələrin telekanallarının kabel yayımı barter əsasında olmalıdır. Çünki kabel yayımı ilə məşğul olan qurumların biznes maraqları var.

Üzv ölkələrin filmlərinin nümayişinin tarixi günlərdə həyata keçirilməsinin məqsədəuyğun olduğunu deyən MTRŞ sədri bildirib ki, bunun sayəsində dövlətlər qarşılıqlı olaraq tarixləri ilə bağlı məlumat əldə edə bilərlər. Ortaq xəbər kanalının yaradılmasına gəldikdə, deməliyəm ki, bu, çox mürəkkəb prosesdir. Bu kanal üçün ortaq dil kimi türk dillindən istifadə edilməsi məqsədəuyğundur.

Toplantıya yekun vuran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, türk coğrafiyasının dünyanın tanımalı olduğu şəxsiyyətləri var. Dünya bu cür şəxsiyyətləri daha yaxşı tanımalıdır. Bu tarixi şəxsiyyətlərlə bağlı filmlər türk, rus və ingilis dillərində olmalıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mədəniyyət Nazirliyi bu məsələnin reallaşmasına dəstək verməyə hazırdır.

Prezidentin köməkçisi ortaq türk kanalı ilə bağlı bildirib ki, TRT AVAZ-ın tərkibində belə bir kanalın yaradılması məsələsi prezidentlərin qərarından asılıdır. O, “Euronews” nümunəsini misal çəkərək deyib ki, bu kanalda müxtəlif dövlətlərin səhmləri var.

İnformasiya agentliklərinin jurnalist və təcrübə mübadiləsinin əhəmiyyətindən danışan Əli Həsənov deyib ki, AZƏRTAC bu istiqamətdə səylər göstərir, tərəfdaş agentliklərlə yaxşı əlaqələr qurub.

Türk Şurasına üzv dövlətlər arasında xəbər platformasının yaradılmasının vacibliyinə toxunan Prezidentin köməkçisi qeyd edib ki, mətbuat nümayəndələrinin media forumlarının keçirilməsi tərəflər arasında əməkdaşlığı daha da gücləndirər. Azərbaycan türkdilli dövlətlərin media forumunun Bakıda keçirilməsinə hazırdır. Forumda təkcə telekanallarla bağlı məsələ deyil, ümumilikdə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılmalıdır.

Çıxışlardan sonra Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin III toplantısının Qırğızıstanda keçirilməsi qərara alınıb.

Daha sonra TRT AVAZ-ın Türk Şurasına üzv ölkələrin tarixi və mədəniyyəti ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.

Sonda milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolu imzalanıb.

Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Daşkəsəndə Şəhidlər xiyabanı ziyarət olunub

Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvar hadisələri zamanı şəhid olan sumqayıtlı alimlərin xatirəsi yad edilib

Gəncədə Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib VİDEO

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar şəhidinin atası: Oğlum əmisinin yolu ilə gedib, xalqına xidmət etmək istəyirdi

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram... FOTOREPORTAJ

İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Zaqatalada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib

Şəhidlərin xatirəsinə ehtiram

Gürcüstanda 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb

İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub VİDEO

AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik VİDEO

Komitə sədri İqdır valisi ilə görüşüb

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib VİDEO

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

Nizami rayonuna suyun verilməsi məhdudlaşdırılacaq

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib VİDEO

Moldova Prezidenti Dnestryanı bölgəyə energetika böhranını aşmaq üçün kömək etməyə hazır olduğunu bildirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Ukrayna Milli Bankı qrivnanın məzənnəsini sabit saxlamaq üçün bir milyarddan artıq dollar satıb

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsidir

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub

MSK sədri: Bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir VİDEO

Sərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Mərkəzi Gömrük Hospitalında Ümumxalq Hüzn Gününə həsr edilmiş anım mərasimi keçirilib

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib VİDEO

20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub

Şəhidlərimizin xatirəsi “20 Yanvar” meydanında anılıb

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib VİDEO

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib VİDEO

Azadlıq toxumu səpənlər - tamaşa-kompozisiya

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Azərbaycan Atçılıq Federasiyasının baş katibi: Xaricdən jokeylərin dəvət edilməsi üçün işlər görüləcək – MÜSAHİBƏ

20 Yanvar xalqımızın öz azadlığı uğrunda mübarizə tarixinin şərəfli səhifələrindədir

Türkiyə XİN: Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik

20 Yanvar faciəsi tarix boyu unudulmayacaq

“Turan Tovuz” tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Gənc nəsil bu tarixi öyrənməli və heç vaxt unutmamalıdır - Şərh

20 Yanvar faciəsi bəşəriyyətə qarşı törədilmiş terror aktıdır - Şərh

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

“Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub

İsveç portalı 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Tarixin ən zəngin boksçularının adları açıqlanıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Hulusi Kılıç: Qara Yanvar hadisələri insanlığa qarşı cinayətdir

Bu gün Vaşinqtonda Trampın andiçmə mərasimi keçiriləcək

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Səudiyyə Ərəbistanı klubu niderlandlı futbolçu üçün “Barselona”ya 50 milyon avro təklif edib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

Hər 45 dəqiqədə bir milyonçu Britaniyanı tərk edir

Zelenski: Ötən həftə Rusiya Ukraynaya 60 raket, 660-dan çox aviabomba, 55-ə yaxın dron atıb

“Aeroflot” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

Florentino Peres yenidən “Real Madrid" klubunun prezidenti olub

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

Yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı

Qlobal miqyasda quraqlıqların artması bütün dünya üçün təhlükədir - TƏDQİQAT

Ukraynada silah satışı ilə məşğul olan 15 nəfər saxlanılıb

Böyük Britaniya rəqəmsal sürücülük vəsiqələrini tətbiq etməyə hazırlaşır

İordaniya mediasında 20 Yanvar faciəsi barədə məqalələr yayımlanıb

Türkiyə təbii fəlakətlərin idarəolunmasında yeni dövr başlatmağı hədəfləyir

Araşdırma: Yeni çərçivə fərdi beyin dalğalarını idrak vəziyyətləri ilə əlaqələndirir

Papa Fransisk: Atəşkəsə hörmət edin, iki dövlətli həllə nail olun

İrakli Kadaqişvili: Xoş gündə də, ağır gündə də dost və qardaş Azərbaycan xalqının yanındayıq

İtaliya qəzeti 20 Yanvar faciəsindən yazıb