CƏMİYYƏT
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda forum keçiriləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə noyabrın 18-də Qlobal Sahibkarlıq Həftəsinə həsr olunmuş “Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq” mövzusunda II Forum keçiriləcək.
AQUPK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forum çərçivəsində təşkil olunacaq “Uğurlu qadınların hekayəsi”, “İncəsənətdə sahibkarlığın inkişafı”, “Azərbaycanda Turizm Biznesi/Evdə məşğulluğun inkişafı”, “Biznes fəaliyyəti olan qadınlar: üstünlüklər, çətinliklər və imkanlar”, ”Azərbaycanda sahibkarlığın təşviqində biznes təhsilinin rolu” və “Bankların qadınlara göstərdiyi dəstək mexanizmləri” mövzularında panellərdə məruzələr dinləniləcək, müzakirələr aparılacaq.