BAKIDA “XƏZƏR HƏFTƏSİ” KEÇİRİLƏCƏKDİR
Bakı, 24 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Beynəlxalq Dəniz günü” ilə bağlı “Xəzər həftəsi” keçirəcəkdir.
Belə ki, nazirliyin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumat veriləcək, bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.
Eyni zamanda, əlamətdar günlə əlaqədar nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə məktəblilərin və KİV nümayəndələrinin məlumatlandırılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, BMT-nin qərarı ilə 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" elan edilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]