MƏDƏNİYYƏT
Bakıdakı Rus Evində Gənclər Gününə həsr edilmiş konsert olacaq
Bakı, 25 yanvar, AZƏRTAC
Bakıdakı Rus Evi (RİMM) gənc nəslin qurucu və yaradıcı fəaliyyətinin inkişafına şərait yaradan layihələrə xüsusi diqqət yetirir. Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gəncliyə dəstək” layihəsi çərçivəsində Bakıdakı Rus evində Gənclər Gününə həsr edilmiş konsert olacaq.
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu layihə çərçivəsində ilk tədbir 2022-ci il fevralın 1-də saat 19:00-da Rus Evində təşkil olunacaq.
Beynəlxalq və respublika müsabiqələrinin laureatları olan gənc istedadların konsertinə arzu edənlərin hamısı dəvət olunur.
Qeyd edək ki, musiqi nömrələri Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyevanın müşayiəti ilə səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]