İQTİSADİYYAT
“Bakıelektrikşəbəkə” abonentləri qış aylarında fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edir
Bakı, 14 dekabr (AZƏRTAC). “Bakıelektrikşəbəkə” Açiq Səhmdar Cəmiyyəti (ASC) abonentlərin qış aylarında fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmaları istiqamətində yenidənqurma işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən şəbəkələrdə cari və əsaslı təmir işləri müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Bu məqsədlə elektrik avadanlığının texniki vəziyyətinin yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması, bina və qurğuların təmiri, maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi, lazımi miqdarda ehtiyat hissələrinin, mal-materialların, avadanlığın ehtiyatının yaradılması, kontakt birləşmələrinin və transformatorlarda soyutma sistemlərinin təftişi, rele mühafizəsi və avtomatika vasitələrinin, nəzarət–ölçü cihazlarının profilaktik yoxlanılması, elektrik veriliş xətlərinin və metal konstruksiyaların təmiri, avadanlıqda yanğına qarşı müvafiq tədbirlərin görülməsi və s. tədbirlər yerinə yetirilməkdədir.
Görülən işlər nəticəsində şəbəkənin gücü gündən-günə artırılır, yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür.