“BAKILILAR” KLUBU DƏVƏT EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Bakılılar” mədəni-maarif klubu Moskva Millətlər Evində hazırda Rusiya vətəndaşı olan keçmiş bakılıları və Azərbaycandan gəlmələri bir yerə toplayaraq, növbəti islas keçirmişdir. Klub 2002-ci ildə “Sodrujestvo” humanitar alyansının prezidenti və MDB Humanitar İnstitutunun rektoru, klubun rəhbəri Cəmil Sadıxbəyovun təşəbbüsü ilə yaradılmışdır.
Cəmil Sadıxbəyov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, budəfəki görüş onunla əlamətdardır ki, “Bakılılar” üçillik fasilədən sonra toplaşmışlar. Klub Rusiya dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların, ölkənin aparıcı ali məktəblərinin ziyalı nümayəndələrini birləşdirir. C.Sadıxbəyov vurğulamışdır ki, eyni zamanda Bakıda rus-Azərbaycan məktəbinin yaradılmasının 120-ci ildönümü də qeyd olunmuşdur. Tədbir çərçivəsində M.Lomonosov adına MDU-nun tarix fakültəsinin dosenti İ.Ağakişiyevin “Milli icma və məktəb: qarşılıqlı fəaliyyətin problemləri” mövzusunda məruzəsi dinlənilmişdir. Çıxışlarda Rusiya ilə Azərbaycan arasında ənənəvi əlaqələrin qırılmazlığı və təhsil sistemində varislik fikirləri vurğulanmışdır.
İclasda klubun tədbirlər planı, mədəniyyət və incəsənət sahəsində layihələrin dəstəklənməsi və digər məsələlər müzakirə olunmuşdur. C.Sadıxbəyov bildirmişdir ki, veb sayt yaratmaq və “Oqni Baku” korporativ jurnalını buraxmaq, uşaq caz-festivalı təşkil etmək, “Moskva bakılıların gözü ilə” mövzusunda bədii sərgi keçirmək nəzərdə tutulmuşdur. İclas iştirakçılarının fikrincə, son zamanlar həmyerlilərimiz arasında əlaqələr xeyli zəifləmişdir, bu münasibətləri möhkəmləndirmək və tənzimləmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]