ELM VƏ TƏHSİL
Bakının 53 nömrəli tam orta məktəbində son zəng mərasimi olmuşdur
Bakı, 30 may (AZƏRTAC). Bakının Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbində son zəng mərasimi olmuşdur.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Məktəbdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə təhsil müəssisəsinin direktoru Firəngiz Həsənova Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Rəhbərlik etdiyi məktəbdə qazanılan nailiyyətləri xatırladan direktor, eyni zamanda, bu il təhsil müəssisəsini 100-dən çox şagirdin bitirdiyini söyləmişdir.
F.Həsənova onbirinciləri, birinciləri, onların valideynlərini və müəllimləri təbrik etmişdir.
Məktəbin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Çıxış edən onbirincilər müəllimlərinə minnətdarlıqlarını bildirmişlər.
Sonra onbirincilər və birincilər vətənpərvərlik mövzularında şeirlər söyləmiş, mahnılar ifa etmişlər.