Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq.

Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.

Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.

Bildiyiniz kimi, Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.

Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.

Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.

Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.

Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.

Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.

Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır. Sağ olun.

x x x

Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxış edərək dedi:

- İlham Heydər oğlu uzun illər boyu mənim qəlbimdə olan sözlərin hamısını tam dəqiqliklə dedi. Ümumiyyətlə, yəqin ki, Müslümü təkcə müğənni kimi deyil, əsasən bir insan kimi tanıyan bütün adamlar, zənnimcə, yüz faiz Sizinlə razılaşarlar. Onu qəlbinizdə yaşatdığınıza, Müslümün indi tanıya bilməyəcəyi bu gözəl şəhərin ab-havasında onu yaşatdığınıza görə çox sağ olun. Ruslarda belə bir deyim var: “Muraşki beqayut”, azərbaycanca “tüklərim biz-biz olur” deyirlər. Düz dedimmi? Bəli, Müslüm kifayət qədər soyuq Moskvadan sonra buraya gələndə bütün varlığı cuşa gəlir, burada həm mahnılar, həm də onun rəsm əsərləri yaranırdı.

Yəqin bilirsiniz, o, öz rəsm əsərlərindən birini Heydər Əliyevə hədiyyə etmişdi. Heydər Əliyevin verdiyi qiymət çox xoş idi. O, təəccüblənmişdi, ona görə ki, Müslümün həm də şəkil çəkdiyini gözləmirdi. Demək istəyirəm, Sizin sözləriniz məndə belə bir fikir oyatdı ki, vaxtilə “Mavi əbədiyyət” mahnısını yazmaqla o, praktiki olaraq həmin əbədiyyətə qovuşdu və tale onu “Əlvida, Bakı” mahnısı ilə əbədiyyətə qovuşdurdu. Bu mahnıda o, musiqi dili ilə ürəyini boşaldıb, Sergey Aleksandroviç Yesenin isə bu hissləri sözlərlə ifadə edib və iki poetik qəlb birləşib. Buna görə çox sağ olun ki, onu xatırlayırsınız, sevirsiniz, ehtiram bəsləyirsiniz, böyüməkdə olan nəsli də bu ruhda tərbiyə edirsiniz. Siz çox düzgün qeyd etdiniz ki, Müslümün əlçatmaz zirvə olmasını nəzərə alaraq, ondan özünü necə aparmağı, səhnədə necə hərəkət etməyi, dostlarla necə ünsiyyət saxlamağı öyrənmək olar. O, dostlarını heç vaxt unutmurdu, heç vaxt.

Bilmirəm, bəlkə məndə belə bir hiss olur ki, haqqında danışdığımız insan, xüsusən dünyasını dəyişənlər həmişə yanımızdadırlar. Müslüm həmişə, hər halda mənim üçün belədir. Burada Heydər Əlirza oğlu da, Zərifə Əziz qızı da var, praktiki olaraq həyatımızı bir yerdə keçirdiyimiz insanların hamısı buradadır. Düşünürəm ki, bu gün həm dünyasını dəyişmiş dostlarımızı - Eldar Quliyevi, Tofiq Quliyevi, Tahir Salahovu, həm də bizi əhatə edən, həyatımızı bəzəyən, ona hərarət gətirən neçə-neçə dostlarımızı da xatırlayırıq. Bilirsiniz, mən dərindən təzim edən rus artisti deyiləm, amma Sizə təzim etmək istəyirəm. Çox sağ olun.

x x x

Kinorejissor, Xalq artisti Oqtay Mirqasımov çıxış edərək dedi:

- Möhtərəm Prezident.

Hörmətli Mehriban xanım.

Əziz qardaşlar.

Müslüm Azərbaycanın rəmzidir. Müslüm əbədi Azərbaycanın çox böyük bir təmsilçisi olacaq və hər kəs ondan danışanda daha ifadəli, daha dolğun, daha gur danışmaq istəyir. Amma mənim xatirələrim uşaqlıq dövründən başlayır. Yəqin ki, mən burada oturanların hamısından daha erkən vaxtlardan bu dahi insanı tanıyıram. Bizim bina, bizim məhəllə özündə çox böyük beyinlər, böyük istedadlar toplayırdı. Bu, özəl bir dünya idi və şeir, musiqi, elm, rəqs, səhnə ənənələrini özündə saxlayırdı. Məsələn, Bülbül bizim hamımızı, Müslümü də həmişə Opera Teatrında “Koroğlu” tamaşasına aparırdı və biz özümüzü çox xoşbəxt hiss edirdik.

Beləliklə, biz bir yandan bu dahi insanlara diqqət yetirirdik, digər tərəfdən dostumuz, yaşıdımız Müslümlə yaxınlıq edirdik. Hansısa bir anda biz, - yəni, mən özüm üçün bunu deyirəm, - birdən onun dahi olduğunu özümüz üçün təsdiqlədik - kiçik yaşlı dahi. O, ansambl qurdu, dekor çəkdi, özünün vokal imkanlarını təsdiqlədi. O zamandan biz mədəniyyətə və sənətə daha yaxın olduq. Müslüm bizi buna gətirdi. Sonra Müslüm çox məşhurlaşdı. Biz o zamandan və əbədi olaraq Müslümlə fəxr edirik, bütün Azərbaycan fəxr edir. Bütün Azərbaycan dərk edir ki, Müslüm dünyada təkdir. Rusiyada çoxlu sənətkarlar var, amma Müslüm həmişə özəl bir insan olub. Mən heç bir zaman uşaqlıq dövrünü unutmuram və Müslümün bir pərəstişkarı kimi deyirəm, necə ki, Siz dediniz, cənab Prezident - “Salam, Müslüm”. Çox sağ olun.

x x x

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Əziz Tamara xanım.

Əziz dostlar.

Bu gün biz Bakının ən gözəl bir guşəsində, bakılıların çox sevdiyi bir yerdə yığışmışıq. Biz hamımızın qəlbində yaşayan Müslümün abidəsinin açılış mərasiminə yığışmışıq. Oktay deyir, onu uşaqlıqdan tanıyır, mən də onu uşaqlıqdan tanıyıram. Bizim həyətlərimiz üzbəüz idi, həm də atalarımız dostluq edirdi. Müslüm lap gənc vaxtlarından artıq fərqlənirdi. O, bizdən bir az böyük idi. Amma hələ məktəbdə oxuyanda o, qara kostyumda, notlarla konsertlərdə çıxış edirdi, yəni, öz həmyaşıdlarından tam fərqlənirdi. Doğrudan da Müslüm qeyri-adi bir insan idi. Onun istedadı çoxşaxəli idi. Yadımdadır, o, orta məktəbdə oxuyanda da rəsm əsərləri çəkərdi. Tamara xanım da dedi, Müslüm həm də gözəl rəssam idi. Hər dəfə Bakıya gələndə o, bir ay dəniz kənarında çalışırdı, doğum gününü ulu öndər Heydər Əliyevin evində keçirirdi. Bizim dahi Ulu Öndərimiz heç vaxt onu yaddan çıxarmırdı və mən deyərdim ki, Müslüm onun ərköyün bir övladı idi. Amma Müslüm də heç vaxt xətti keçmirdi, çünki çox mədəni və tərbiyəli bir insan idi.

Mən Müslüm haqqında çox danışa bilərəm. Fəxr edirəm ki, Müslüm Azərbaycanı dünyaya tanıtdırdı və mən fəxr edirəm ki, Müslüm bizim İttifaqın fəxri üzvü idi. Onun İttifaqa üzv qəbul olunduğu gün çox gözəl keçmişdi. Biz həqiqətən çox gözəl dost olmuşuq. Heyifsilənirik ki, Müslüm bu gün bizimlə burada deyil. Müslüm sənətin zirvəsində idi. O, sənətdən də əsl kişi kimi getmişdi. Mənim yadımdadır, onun bu hərəkəti məşhur rus sənətkarlarını heyrətləndirmişdi. Çünki hər sənətkar bunu edə bilmir. Müslüm çox iradəli bir insan idi, onun daxilində çox böyük güc var idi.

Mənim ürəyimdə Müslüm haqqında çox sözlər var. Cənab Prezident, mən Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bu gün Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Siz heç vaxt ziyalıları unutmursunuz. Ona görə mən Sizə təşəkkürümü bildirirəm və Sizə uğurlar arzulayıram.

x x X

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Əziz Tamara xanım.

Bu gün doğrudan da möhtəşəm bir gündür. Cənab Prezident çox romantik stildə çıxış etdi. Sizdən sonra danışmaq çətindir.

Mən Müslümün dostu kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Təkcə Müslümə görə yox, son zamanlar Qara Qarayevin heykəli, Niyazinin heykəli, Rəşid Behbudovun heykəli, Bülbülün heykəli açılıb. Bütün bu açılışlarda Siz bilavasitə özünüz iştirak etmisiniz. Biz bu diqqəti hiss edirik və yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident. Çünki bu böyük insanlar Azərbaycanı bütün dünyada tanıdıblar.

Müslüm bir dost kimi, - Fərhad düz dedi, - çox etibarlı idi. Baxmayaraq ki, Ulu Öndər ona çox yaxın idi, həmişə onu oğul kimi qəbul edirdi, Müslüm heç vaxt bundan istifadə etmirdi, heç vaxt. Son dərəcə təvazökar insan idi.

Mənim ürəyimdə bir kədər hissi var. Heydər Əliyev Fondu keçən il Cıdır düzündə möhtəşəm bir konsert təşkil etmişdi. Fürsətdən istifadə edib bu Fonda dərin minnətdarlığımı bildirmək istərdim. Orada konsert Müslümün “Azərbaycan” mahnısı ilə bitdi. Heyf ki, Müslüm bu günü görmədi. Müslüm görmədi ki, Qarabağ azaddır, Şuşa azaddır. Bax, buna görə bir az kədərliyəm. Amma düz deyirlər, yəqin ki, Müslümün ruhu şaddır. Onun “Azərbaycan”ı bütün konsertlərdə bizim vokalçılarımız tərəfindən ifa olunur. Mən çox şadam ki, Müslümün vokal məktəbi davam edir. Müslüm buna çox sevinərdi, onun böyük ürəyi var idi.

Mən Sizə dərin minnətdarlığımı bildirirəm, hamınızı təbrik edirəm.

x x x

Daha sonra Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsi üzərindəki örtüyü götürdü.

x x x

Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.

x x x

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB-2 VİDEO

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO