İDMAN
Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası növbəti transferini rəsmiləşdirmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Bakının qadınlardan ibarət “Azəryol” voleybol komandası növbəti transferini rəsmiləşdirmişdir.
AZƏRTAC xəbər verir ki, komanda ABŞ millisindən daha bir voleybolçunun keçidini həll etmişdir. Bu, orta sahə oyunçusu Cessika Consdur. 187 sm boya malik 27 yaşlı şimali amerikalı Bakı təmsilçisinin heyətinə Puerto-Rikonun “Lançeras” klubundan gəlmişdir. Bu ölkə ilə yanaşı, Avstriyanın da çempionu olan voleybolçu “Azəryol” ilə birillik anlaşmışdır.
O, 2011-ci ildən heyətinə cəlb olunduğu millisi ilə Panamerika Oyunlarının finalçısı olmuşdur. “Azəryol” C.Consdan əvvəl yığmadakı komanda yoldaşı Tom Loqanı transfer etmişdi. Bakı təmsilçisi həmçinin, yığmamızın üzvlərindən Oksana Parxomenko, Kseniya Kovalenko, Yana Ağayeva, Odina Əliyeva və Valeriya Korotenko ilə müqavilə bağlamışdır.