SİYASƏT
Bakının Qaradağ rayonunda 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert keçirilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Qaradağ rayonunda 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram konserti təşkil edilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, rayon rəhbərliyi zabit və əsgərləri bayram münasibətilə təbrik etmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox istiqamətlərdə olduğu kimi hərbi sahə də ciddi böhranla üzləşmişdir. Ordunun maddi-texniki təminatında problemlər yaranmışdır. Məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra ordu quruculuğu sahəsində ciddi islahatlar aparılmış və hökm sürən pərakəndəlik aradan qaldırılmışdır. Hazırda isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti gündən-günə artır.
Sonra tədbir bayram konserti ilə davam etmişdir.
Konsertdən sonra rayonun ərazisindəki hərbi hissələrə RİH bayram sovqatları paylanmışdır.