REGİONLAR
Balakəndə tərəvəz məhsulları istehsalı 4,4 min tondan çox artıb
Balakən, 23 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2019-cu təsərrüfat ilində Balakən rayonunun məhsul istehsalçıları 2280 hektar tərəvəz sahəsindən 29 min 924 ton məhsul əldə ediblər. Tərəvəzin əkin sahəsi əvvəlki illə müqayisədə 223 hektar, istehsal olunan məhsulun həcmi isə 4 min 436 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsinin rəisi Fərhad Xəlilov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötənilki mövsümdə rayonda kartof və bostan məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, kartof istehsalı əvvəlki illə müqayisədə 127 ton, bostan bitkiləri istehsalı isə 62 ton artıb.