REGİONLAR
Balakənli gənclərə “İnkişafa mərkəzdən başla” layihəsi təqdim edilib
Balakən, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyinin əməkdaşları “İnkişafa mərkəzdən başla” layihəsi çərçivəsində Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin qonağı olub, şagirdlərlə görüşüblər.
Nümayəndəliyin direktoru Şahin Qarakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, görüş zamanı məktəbli gənclərə mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr, təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilib.
Sonra nümayəndəliyin əməkdaşı Aysel Padarova gənclərə CV hazırlanması barədə geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Nümayəndəliyin əməkdaşları məktəbli gəncləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə üzv olmağa, könüllülük və təcrübə proqramlarında iştirak etməyə dəvət ediblər.