BANANDAN ELEKTRİK İŞIĞI
Mühəndis öz ixtirası barədə danışarkən demişdir ki, banan istehlakçıları əzilmiş, xarab olmuş bananlardan yaxa qurtarmaq üçün bir şey fikirləşməyimi təklif edəndə, məndə həmin lazımsız məhsuldan elektrik enerjisi almaq ideyası yarandı. Bu ideya üzərində uzun müddət sınaq apardım və nəhayət istədiyimə nail oldum.
Klark ümid edir ki, banandan enerji mənbəyi kimi istifadə olunması barədə son sözünü gələn ilin fevral ayında deyə biləcəkdir. Hələlik bu sahədəki işlərini təkmilləşdirir. Əgər işlər onun nəzərdə tutduğu kimi gedərsə, o zaman 500-ə yaxın evi elektrik işığı ilə təmin edəcək mərkəz quraşdırılacaqdır.