İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)” “Xəzri” pul köçürmələri sisteminə qoşulub
Bakı, 16 oktyabr, AZƏRTAC
“Bank VTB (Azərbaycan)” “Xəzri” pul köçürmələri sisteminə qoşularaq, müştərilərinə ölkə daxilində daha ucuz və sərfəli şərtlərlə pul köçürmək imkanı təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər yeni sistem vasitəsilə ölkə daxilində istənilən məsafəyə qısa müddətdə pul köçürə bilərlər. Pul vəsaitlərini göndərildikdən cəmi beş dəqiqə sonra ölkənin istənilən nöqtəsindən almaq mümkündür.
Bu sistemdə əməliyyatlar manatla aparılır. Ən yüksək məbləğ 20 min manatdır. Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir. Müştəri pul vəsaitlərini ölkə ərazisində ona yaxın olan məntəqədən ala bilər. Məbləğdən asılı olaraq, köçürmə üzrə komissiya haqqı 1-30 manat və ya köçürülən məbləğin 0,8 faizini təşkil edir. Bu da pul köçürmələrini çox sərfəli şərtlərlə həyata keçirməyə imkan verir.
“Bank VTB (Azərbaycan)”ın müştəriləri “Xəzri” sistemi ilə yanaşı, “Zolotaya Korona”, “Contact”, “Blizko” və “Monex” sistemləri vasitəsilə dünyanın istənilən yerində pul köçürmələri edə bilərlər.