“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndinə əsasən, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 130; 2005-ci il, №4, maddə 276; 2007-ci il, №5, maddə 401, №6, maddə 562, №11, maddə 1070; 2008-ci il, №11 maddə 960; 2009-cu il, №6, maddə 404, №7, maddə 517; 2010-cu il, №4, maddə 276) 37.1-ci maddəsində “məhkəmə icraçısının” sözləri “icra məmurunun” sözləri ilə, 41.2-ci maddəsinin üçüncü cümləsində “məhkəmə icraçılarına” sözləri “icra məmurlarına” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.