İQTİSADİYYAT
BANKLARDAKI ƏMANƏTLƏRƏ GÖRƏ KOMPENSASİYA ÖDƏNİLMƏSİ ÜÇÜN ZƏMİN YARANIR
Milli Məclisdən bildirmişlər ki, “Banklar haqqında” yeni Qanunda əmanətlərə görə kompensasiyanın məbləği də dəqiq göstərilmişdir. Qanunun 98.1.1 və 98.1.2.- ci maddələrində deyilir ki, milli valyutada əmanətin məbləği 30 milyon manatadək, xarici valyutada isə məbləği 10 milyon manat ekvivalentində olduqda əmanətçiyə 100 faiz kompensasiya ödənilir. Bir əmanətçinin bir bankda həm milli, həm də xarici valyutada əmanətləri olduqda yuxarıda göstərilən maddələrin şərtlərinə uyğun olaraq ödənilən kompensasiya ümumi məbləğin 30 milyon manat ekvivalentindən çox olmamalıdır.
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov demişdir ki, bu gün respublikada 46 bank fəaliyyət göstərir. Bu, o deməkdir ki, əhali istənilən bankda əmanət saxlaya bilər və belə olan halda onun hər bankdakı əmanətinə ayrıca kompensasiya ödəniləcəkdir.